Joao Breda: "Azərbaycanda ürək-damar, şəkərli diabet, onkoloji xəstəliklərin səviyyəsi yüksəkdir"

sehiyye
20-12-2019, 11:25 1208
Joao Breda: "Azərbaycanda ürək-damar, şəkərli diabet, onkoloji xəstəliklərin səviyyəsi yüksəkdir" "Azərbaycanda da ürək-damar, şəkərli diabet, onkoloji xəstəliklərin səviyyəsi yüksəkdir".
Bunu Ümumdünya Səhiyyə Təşkilatının Qeyri-infeksiyon xəstəliklərin qarşısının alınması və nəzarəti üzrə Avropa Ofisinin rəhbəri jurnalistlərə açıqlamasında Joao Breda deyib. Onun sözlərinə görə, dünyada qeyri-infeksiyon xəstəliklər olan ürək-damar, onkoloji, şəkərli diabet və s. xəstəliklərlə bağlı ölüm səviyyəsi çox yüksəkdir.
J. Breda bildirib ki, vaxtından əvvəl ölən hər 10 nəfərdən 7-si məhz bu səbəblərdən - xərçəng, şəkərli diabet və ürək-damar xəstəliklərindən dünyasını dəyişir: "Bunlar dünyada, xüsusilə Avropa regionunda, eyni zamanda, həyat keyfiyyətinin aşağı düşməsinə səbəb olan xəstəliklərdəndir. Ona görə bu əlavə olaraq, səhiyyə sisteminə də yük gətirən xəstəliklər sırasındadır. Azərbaycan da təbii ki, bu baxımdan istisna deyil. Amma bir müsbət cəhət odur ki, bunların hamısının qarşısının alınması mümkün olan xəstəliklərdir".
Onun sözlərinə görə, siqaret çəkmək problemi Avropa regionunda demək olar ki, yüksək qalmaqdadır: "Sadəcə, ənənəvi tütün deyil, elektron siqaret də bizim diqqətimizi cəlb edir. Çünki onların gənclər, xüsusilə xanımlar arasında getdikcə məşhurlaşma tendensiyası baş verir. Onların da mənfi cəhəti tütün məhsulları kimi qalmaqdadır". (APA)