NÜSRƏT KƏSƏMƏNLİ Mən olmadım ki...

yazarlar
3-09-2015, 14:19 1097
NÜSRƏT KƏSƏMƏNLİ Mən olmadım ki... Ömrümün gül açan baharı gəldi,
Pərişan sən oldun, mən olmadım ki,
Illərin əlçatmaz həsrət oduna
Alışan sən oldun, mən olmadım ki.
Dünyanı dolaşan izim qayıtdı,
Gəldin, ürəyimə yazım qayıtd.
Özün küsüb getdin, özün qayıtdın,
Barışan sən oldun, mən olmadım ki.
Heç bilmirəm nə deyim bu gəlişə,
Yad olmuşdum hər sevincə, gülüşə,
Bu sevgini dastan edib həmişə
Danışan sən oldun, mən olmadım ki.
Gülə-gülə yola saldım illəri,
Sənsiz acmaz baharımın gülləri,
Nüsrət deyib gecə-gündüz çölləri,
Dolaşan sən oldun, mən olmadım ki ....