Soyuq hava infarkt riskini artırır

sehiyye
2-09-2015, 09:55 1012
Soyuq hava infarkt riskini artırır Alimlər müəyyən ediblər ki, aşağı hava temperaturu miokard infarktının yaranma riskini əhəmiyyətli dərəcədə artırır.
Trend-in Korrespondent.net saytına istinadən verdiyi məlumata əsasən, alimlər apardıqları təcrübənin nəticələrini kardioloqların "ESC Congress 2015" konfransı zamanı təqdim ediblər.
Təcrübə zamanı alimlər 6 il müddətində Kanadanın Vinnipeq şəhərində yaşayan insanlarda miokard infarktının yaranma tezliyini təhlil ediblər.
Məlum olub ki, soyuq mövsümdə insanlarda infarkt daha tez-tez baş verir: isti günlərdə belə hallar sutkada 0,78 hal təşkil edirsə, soyuq havada bu göstərici 0,98 olur.
Araşdırma müəllifləri əmin edirlər ki, havanın temperaturunun 10ºC aşağı düşməsi infarkt qurbanı olma ehtimalını 7 faiz artırır.