Niyə Türk şairləri?

yazarlar
20-12-2017, 22:23 1370
Niyə Türk şairləri?










Niyə Türk şairləri
Bir dedinmi?
Həsrət çəkən məmləkətə, yurda
Mən gedimmi
Həmin yurda məmləkətə?
Toz olmuş yarpaqlar, ağaclar üstə
Mənim ruhum, fikirlərim cənazə üstə
Kimin cənazəsi, kimin məzarı?
Türk şairləri, narahat yatan yurd aşiqlərinin,
Almasın, Cavidin, Nazim Hikmətin.
Saydıqca sayılacaq Türk şairləri.
Qara dəniz sularında qərq olmuş
Şairlərin həsrət baxışları
Yaddaşda qalan söz naxışları.
Türk şairləri
Sərhəd tanımaz
Yurd aşiqləri.
Həmişə sizi dedilər, sizi sıxdılar
Heyif oldu ömrünüz
Eşqiniz qan ilə qarşılıq oldu,
Yenə də sizlər dağ oldunuz, zirvə oldunuz.
Niyə Türk şairləri?
Həmişə izlədilər sizləri
Susdurdular sizləri.
Amma yasaq olmadı
Qəlbiniz də, ruhunuz da üsyan etdi danışdı.
Vaxtsız torpağa getsəz də siz
Həmişə yaşar oldu duyğularınız, fikirləriniz.
Gələcək nəsillər belə söyləyəcək
Yaşasın Türk şairləri, Yaşasın Türk şairləri.

İsrafil Emin Qarabaği