GÖRÜN O ŞƏHİDLƏR NƏ DEYİR SİZƏ

yazarlar
28-08-2015, 11:44 1322
 GÖRÜN O ŞƏHİDLƏR NƏ DEYİR SİZƏ Azərbaycanda məlum ölkələrin pulu ilə bizim satqınların dili, əli ilə pis millətçilik qızışdırılır…
Mən türkəm, ləzgiyəm, kürdəm, talışam, -
Bu Azərbaycanın balasıyam mən.
Vətən göylərində alıcı quşam,
Yurdun alınmayan qalasıyam mən.

Gəlin bölünməyək doğmaya, yada, -
Hamı bir ağacın yarpağıyıq biz.
Axı hər birimiz başdan-ayağa
Doğma Azərbaycan torpağıyıq biz.

Türk deyil, tat deyil alçaq adamlar
Onlar hər millətə böyük dərddilər.
Şeytan törəməsi alim - nadandır
Namərdlər hamısı bir millətdilər.

Aranlı, yaylaqlı ellər, obalar
Mehriban dolanıb verib baş-başa.
Neçə min illərdir bizim babalar
Evləri qonşudur, məzarı qoşa.

Satqınlar yetişib düşmən bağında,
Cırır yaxasını "mən yetim" - deyir.
Yalançı millətçi yad barmağında, -
Barmaq tərpəndikcə "millətim" deyir.

Qanımız qarışıb qardaş qanına,
Bu torpaq əmanət verilib bizə.
Siz gəlin Şəhidlər Xiyabanına,
Görün o şəhidlər nə deyir sizə.