Unudulmayan qadın generalımız

yazarlar
17-11-2017, 20:48 2262
Unudulmayan qadın generalımız

Unudulmayan qadın generalımız

Cəmiyyəti bəzəyən ən gözəl varlıq qadındır. Onlar dünyanın ən zərif məxluqları, həyatın ən ağır yüklərini çiyinlərində daşıyırlardır. Qadınsız həyat ola bilməz. Qadın bacıdır, xaladır, nənədir və ən əsası anadır. Onların adı vətənlə eyni səviyyədə çəkilir. Azərbaycan qadınları daim öz zəkalarına, biliklərinə, istedadlarına eyni zamanda gözəlliklərinə görə seçilmişlər. Məhz buna görə də biz qadınlarımızla fəxr edirik. Belə fəxrlə adı çəkilənlərdən biri də, bu yaxınlarda ad günü qeyd olunucaq Flora Əhmədovadır. Bu xanım bütün saydığımız özəlliklərlə yanaşı, eyni zamanda gördüyü işlərlə də öz adını tarixə yazdırmışdır. Flora Əhmədova 9 dekabr tarixində İrəvanda ziyalı və musiqiçi nəslində anadan olmuşdur. O, Azərbaycan Respublikası İqtisad məhkəməsinin sədri, əməkdar hüquqşünas və ali dərəcəli hakim olmuşdur. Xanım Əhmədova səmimi, mehriban, qayğıkeş, intellektual səviyyəsi yüksək olan gülərüz insan olub. Onu tanıyan insanlar qeyd edir ki, Flora xanım ideal ola biləcək bir qadın idi. Bəzən sərt görünsə belə, əslində mehribanlığı, xoş siması, həlim xasiyyəti ilə yoldaslarının sevimlisi idi. Flora xanım öz müsahibəsinin birində deyir ki, əslində mənim sərt olmağım adamlarla ünsiyyətimdə deyil, xidməti vəzifəmin icrası zamanı özünü göstərir.
Unudulmayan qadın generalımız
Flora Əhmədova orta məktəbi qızıl medalla və universiteti fərqlənmə diplomu ilə bitirib. O, 1959-cu ildə Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini bitirmiş, 1962-1979cu illərdə Ədliyyə nazirliyi sistemində işləmişdir. 1979-cu ildə Azərbaycan Respublikası İqtisad məhkəməsinə 30 il rəhbərlik edib. Şərq qadınlarına məxsus füsunkar görünüş, fəal həyat mövqeyi, Flora xanımı qürur və şərəf duyulası bir Azərbaycan xanımı səviyyəsinə qaldırmışdır.
Atası Cəfər Əhmədov o vaxtlar Ermənistanda müxtəlif vəzifələrdə işləmiş, sonuncu iş yeri isə Cəfər Cabbarlı adına Azərbaycan Dram Teatrında direktor vəzifəsi olmuşdur. Flora xanımın ailəsi çox əziyyətlər çəkmiş, 2-ci dünya müharibəsindən bir neçə il sonra repressiyaya məruz qalmışdır. Ev-eşiklərindən didərgin düşən ailə həyatın acı üzünü görməyə məcbur qalmışdır. Atası rəhmətə getdikdən sonra bütün çətinliklər onun anasının çiyinləri üzərinə düşürdü. Bütün çətinliklərə baxmayaraq Flora xanım dimdik ayaqda durmağı bacarmışdır. Atası rəhmətə gedəndə Flora Əhmədovanın 15 yaşı var idi. O evlərində 6 uşağın içində ən böyük olan idi. Anası bütün çətinliklərə sinə gələrək altı uşağını da oxutmuşdu.
General qadının keçdiyi bu enişli-yoxuşlu həyat yolu indiki gənc nəsillərə örnək olur, onları bu vətənə layiqli övlad olmağa səsləyir.

Çimnaz Məmmədova