Böyük Vətənin Böyük Ürəyi

yazarlar
12-09-2017, 11:27 1733
Böyük Vətənin Böyük Ürəyi
Hər bir insana genetik olaraq vətən sevgisi və millətə bağlılıq telləri keçir. Elə insanlar var ki, həmin tellər çox çətin hiss olunacaq qədərdi.Bəlkə də yoxa bərabərdir.Amma elə insanlarda var ki, həmin tellər dünyanın bütün hər yerindən görüləcək və duyulacaq qədər böyük və qüdrətli olur. Məhz elə insanlardanda biri vətəninə, elinə, xalqına, türkçülüyünə və ümumi bəşər insani dəyərlərə yüksək dərəcədə malik olan böyük el ağsaqqalı DR Cavad Heyətdir. DR Cavad Heyət şəxsiyyəti tək bir yönümlü yox çox şaxəli olaraq xalqına, millətinə və türkçülük ideyasına yorulmadan xidmət etmişdir. DR Cavad Heyət həm tibb sahəsində əvəz olunmaz yeniliklərə imza atmış, həm də xalqımızın və millətimizin kimliyi, eləcə də dilimizin qüdrətliyi uğrunda böyük əməyi keçmişdir. Dr Cavad Heyət İranda ilk dəfə olaraq açıq ürək əməliyyatını uğurla həyata keçirmiş və bu iş yöntəmini Azərbaycandada həyata keçirmiş və azərbaycanlı tələbələridə bu şərəfli yolda yetişdirmişdir.
Qarabağ savaşında böyük insan DR Cavad Heyət yüzdən çox yaralı əsgər və zabitlərimizi əməliyyat üçün İrana aparılmasına köməklik göstərmiş və əməliyyatların bir neçəsində özü şəxsən iştirak etmişdir.
DR Cavad Heyət İranda 1979 cu ildə “Varlıq” dərgisini böyük sevgi ilə dərc etdirmişdir. Dərginin adı təsadüfən “Varlıq” qoyulmamışdır.Sanki biz varıq deyərək böyük güclə hayqırır və milli dəyərlərimizi böyük ustalıqla bütün ölkələrdə yaşayan Azəri türklərinə çatdırmışdır.
DR Cavad Heyət böyük siyasət adamı Süleyman Dəmirələ açıq məktubu el ağsaqqalının yenədə Azərbaycan xalqı üçün alışıb yandığını və işğal olunmuş torpaqlarının böyük dövlət tərəfindən deyil himayəmiz altında yaşamış xırda millət ermənilər tərəfindən zəbt olunduğunu qeyd etmişdir. Məktubda böyük yanğı ilə Dr Cavad Heyət Azərbaycan xalqına səbr və özünə isə ölüm arzulamışdır. Böyük alimin böyük addımıdır bu.
DR Cavad Heyət əvəzolunmaz Türkoloq kimi həm türk dünyasını dərindən araşdırmış, həm də Azərbaycan ədəbiyyatını böyük ustalıqla təhlil etmişdir.
Azəri türkcəsi uğrunda yorulmadan xidmət edən böyük el ağsaqqalı DR Cavad Heyət bu dilin zənginliyini bir daha bizə göstərmiş və dilin xalqa sevdirən şəxslərdəndə biri olmuşdur. Bir daha aydın olurki böyük insan DR Cavad Heyətin daxilində iki böyük vətəndaş olmuş - biri DR Cavad Heyət, biri isə böyük Türkoloq Cavad Heyət.
Xalqımızın Ümumilli Lideri Ulu Öndər Heydər Əliyev Dr Cavad Heyətin əməyini həmişə yüksək qiymətləndirmişdir. Ulu Öndər Heydər Əliyev siyasətini məharətlə davam etdirən cənab prezident İlham Əliyev də böyük alimin xidmətlərini yüksək qiymətləndirmişdir.
Tanrıdan böyük alim DR Cavad Heyətin ruhuna rəhmət diləyirik. Azərbaycan xalqı yaşadıqca DR Cavad Heyət irsi yaşayacaq və həmişə var olacaqdır.

İsrafil Emin Qarabaği