Sən mənim hər şeyimsən!

yazarlar
25-07-2017, 14:22 2599
Sən mənim hər şeyimsən!



Sən mənim hər şeyimsən!




Çarəsisən dərdimin
Sən mənim hər şeyimsən !
Sahibisən qəlbimin
Sən mənim hər şeyimsən !

Ruhumsan, canımsan
Mənim ən xoş yanımsan.
Damarımda qanımsan
Sən mənim hər şeyimsən !

Arzum, səadətimsən
Qeyrətim, ismətimsən.
Tanrıdan qismətimsən
Sən mənim hər şeyimsən!

Xəstəyəm dərmanımsan
En deyerli anımsan
Öləcəm, fərmanımsan
Sən mənim hər şeyimsən !

Xəyalımsan, fikrimsən
Dualarım, zikrimsən
Soruşurlar sən kimsən?
Sən mənim hər şeyimsən !

Səbuhi Səmədov