Dost...

yazarlar
12-01-2017, 14:54 1764
Dost...

Dostlar

Əliağa gözlərini bir nöqtəyə dikib susurdu. Bu nöqtədə o, başına gələn hadisələri aydın səma kimi görürdü. Və bu nöqtə get-gedə uzanaraq bir oxa çevrilirdi və bu ox onun qəlbindən, hafizəsindən keçərək düz ürəyinə sancılırdı. Dəniz kimi təlatümə gələn ürəyi heç cür sakitləşə bilmirdi.
Fikirlər meydanında at çapırdı Əliağa.
Qəflətən xəstələnib ölüm yatağından qalxmağına sevinmək əvəzinə o, özünə ölüm arzulayırdı. Hətta, ona təsəlli verən ata-ana, bacı-qardaş, qohumları, arvadı və uşaqlarını belə görmək istəmirdi. Onun ölümdən qurtarıb sağalmağında əlindən gələni edən həkimləri və hətta ata-ana, qohumlarını da sağalmağında günahlandırırdı və o, bu dünyada yaşamağı özünə artıq sayırdı.
Əliağa özünə ona görə ölüm arzulayırdı ki, ona ölümdən də betər mənəvi və maddi zərbə vuran dostlarının ona qarşı etdiyi xəyanət idi. Əgər o, xəstələnməsəydi, belə bir ağır vəziyyətə düşməsəydi, ömür boyu heç xəyalına da gətirməzdi ki, dostları ona qarşı bu cür qəddarcasına xəyanət edər.
Bax, bu fikir idi onun ürəyini deşən...
Əliağa, uzun boylu, enlikürək, qonur gözləri, qaranlıq gecə kimi qara saçları, geniş anlı, gözəl sifətinə yaraşıq verən qara bığları və gözəl qaməti olan sağlam bir gənc idi. O, orta məktəbi qızıl medalla bitirdikdən sonra, sənaye universitetinə daxil olur. Oranı fərqlənmə diplomu ilə başa vuraraq, bir müddət istehsalatda çalışmağa başlayır. Sonra o, fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq fikrinə düşür. Belə ki, o, inşaat materialları hazırlayan bir sex açmağa müvəffəq olur və o, bu sexdə qapı, pəncərə və s. inşaat materialları hazırlamağa başlayır. Sifarişlərin sayı arta-arta, qazancı da artırdı. O, özünə hər cür şərait yaradır. Öz qohumlarına hətta dost-tanışlarına da əl tuturdu.
Onun pulu arta-arta, bəzi insanlar kimi pula hərisliyi artmırdı. Yəni, pul yığmırdı. Əlsiz-ayaqsızlara, çətinliyə düşənlərə, kimsəsizlərə də kömək edirdi. Bir sözlə, çox xeyirxah insan idi Əliağa. Belə xeyirxah və əliaçıqlığına görə, onun dostlarının sayı artmağa başladı.
O, hələ rayonda orta məktəbdə oxuduğu müdətdə onun dostları vardı və onları heç vaxt yaddan çıxarmazdı. Bakıya köçüb şəhərdə yaşamağına baxmayaraq, yenə də onlarla əlaqə saxlayırdı və imkan düşən kimi mütəmadi onlarla görüşürdü. Hətta orta məktəbi bitirməyinin otuz beş illiyini yüksək səviyyədə müəllimləri ilə bir yerdə keçirməyini şəxsən o, təşkil etmişdi. Xülasə, Əliağa dostlarına qarşı çox sadiq və diqqətli idi. Çünki o, babasından dostlar haqqında çox eşitmişdi və ələxsus İmam Əlinin dostlar haqqında kəlamını heç vaxt yaddan çıxartmırdı.
İmam Əli (ə) buyurur: “Dostlar müxtəlif bədənlərdə bir ruhdur” .
Ona görə də, Əliağa dostluğa çox böyük qiymət veriridi və dosta qarşı həmişə sadiq idi.
Əliağa hələ orta məktəbdə oxuduğu müddətdə, sinifdə ən çox ürəyinə yatan bir nəfər vardı və onunla dostluq edirdi.
Tale elə gətirdi ki, dostluq etdiyi həmin adam da Bakıya köçür və Bakıda onlar görüşərək öz dostluqlarını davam etdirirdilər.
Gülməmməd adında bu dostu şəhər daxili işlər idarəsində çalışırdı və yüksək vəzifədə olan bir məmurun sürücüsü idi. Sonralar onu, şəhər yol-patrul xidmətinin müfəttişi vəzifəsinə təyin edirlər.
İşlədiyi müddətdə o da dostu Əliağa kimi xeyirxah işlərlə məşğul olub, kimsəsizlərə əl tutardı. Tikəni dostla bölən adam idi. Heç vaxt Allahı yaddan çıxartmazdı. Orucluq ayında işi ilə əlaqədar özü oruc tuta bilmədiyi halda, oruc tutan insanlara iftar süfrəsi açardı. Hər iki dostun xasiyyəti uyğun gəldiyinə görə, onlar möhkəm dost idilər. Bu dostluq get-gedə ailəvi dostluğa çevrilirdi. Buna baxmayaraq Gülməmmədin də Əliağadan fərqli çoxlu dostları vardı və bu dostlar onu tez-tez restoran və kafelərə dəvət edirdilər.
Dostunun yeyib-içmək məclislərində tez-tez olması bir dost kimi Əliağanı çox narahat edirdi. Bilirdi ki, belə yeyib- içməyin axırı yoxdu və içkinin insan orqanlarında nə kimi fəsadlar törətdiyinin o yaxşı bilirdi. Necə ki, bu haqda Peyğəmbərimiz (s) buyurub: “Şərab pisliklərin və günahların anasıdır”.
Ona görə də, Əliağa dostunu, bu dibi görünməyən uçurumdan necə xilas etməyin yollarını axtarırdı.
O, dostu ilə görüşəndə, ilk söhbətləri bu haqda olurdu və onu hər vəchlə bu yoldan çəkindirirdi. Ancaq o, işlə əlaqədar tez-tez xaricə getdiyindən, dostuna mütamadi nəzarət edə bilmirdi.
Nəticə isə tezliklə özünü göstərdi. Dostunda ürək ağrıları baş qaldırmışdı.
Bir dəfə rayonda olanda, dostunun halı pisləşir və onda boğulma halları baş verir. Bu Əliağanı bərk narahat edir və Bakıya gələn kimi, şəxsən özü onun müalicəsi ilə məşğul olur. Onun tanınmış bir həkimin yanına aparır.
Həkim onu müayinə edib, Əliağaya dönə-dönə tapşırmışdı ki, dostunun vəziyyəti yaxşı deyil. İçki öz təsirini göstərib. Ona qəti içmək olmaz! -Əgər içsə çox yaşamaz.
Əliağa bu sözü həkimdən eşidəndə dəhşətə gəlir və başlayır dostuna yalvarmağa: - Qardaş, at bu içkinin daşını, özünü göz görə-görə niyə məhv edirsən? – Görürsən mən içmirəm ölmürəm ki, sən də içmə də. İçki indiyəcən kimə xeyir gətirib? – O qədər evlər yıxıb ki! İçkini (şərabı) dinimiz də qadağan edib. Necə ki, Peyğəmbərimiz (s) buyurub: “Bütün pisliklər bir evə yığışıb və bu evin açarı şərab içməkdir”.
Gör bu haqda daha nələr deyib qurbanolduğum: “Əgər sərxoş söz desə, onu təsdiq etməyin, elçiliyə getsə ona qız verməyin, xəstələnsə ona baş çəkməyin, ölsə dəfnində iştirak etməyin və ona əmanət tapşırmayın”.
Bu kəlamları o, eşidəndə xeyli fikrə getdi. Handan-hana başını qalxızıb dostunun üzünə baxıb dedi: - Düz deyirsən dostum, mən düzgün yolda deyiləm, günah etmişəm və sənə söz verirəm ki, bundan sonra bir qram da olsa dilimə vuran deyiləm. Sənə bir dost kimi təkrarən söz verirəm ki, içmərəm. Buna tam əmin ola bilərsən.
Bu sözü eşidəndə Əliağa ayağa qalxıb onu qucaqlayır və onun bu üzündən – o üzündən öpür. O qədər sevinir ki, sanki, dünyanı ona bağışlayıblar. Dostunun etirafına ürəyi sakitləşir.
Beləliklə, Əliağa öz dostundan arxayın olub, öz işləri ilə məşğul olmağa başlayır.
Ezamiyyətdən qayıdan Əliağa, dostunun birdən-birə infarkt olub dünyasını dəyişməsini eşidəndə şoka düşür. Dünya başına fırlanır. Əl atır ki, havadan tutsun, əli boşa gedir və yerə oturur. Handan-hana özünə gələrək, acı göz yaşı axıtmağa başlayır. Bilir ki, bu ölüm içkidən olub. O, yana-yana ağlayaraq deyir: Axı sən mənə söz vermişdin.-Niyə belə etdin Gülməmməd?- Niyə sözündən döndün qardaş. Sən axı mənə söz vermişdin. Mən indi bu dərdə necə dözüm.
Uzun müddət özünə gələ bilməyən Əliağa, ölümün necə baş verdiyini öyrənmək qərarına gəlir və dostunun evinə yollanır.
Dostunun təzə tikdirdiyi ikimərtəbəli evi görəndə, özünü saxlaya bilməyib hönkürtü ilə ağlamağa başlayıb.
- Niyə belə etdin Gülməmməd, bu cür özünə gözəl şərait yaratdın, ev tikdin, sənə qismət olmadı qardaş!- İndi sənin rahat yaşamaq vaxtın idi, vaxtsız dünyadan köçdün, həyatdan məhrum oldun, əziz qardaşım!- Indi mən necə dözüm sənin yoxluğuna.
Məhrumun oğlanları, ailəsi, qonşular onun başına yığışdı, ona təsəlli verməyə başladılar. Hadisənin təfsilatını ona danışdılar.
Sən demə, rəhmətliyin əlli illiyində, ona baş çəkən yeyib-içən dostları onu yoldan çıxarıb deyiblər: - Bizimlə heç olmasa əlli qram iç, çox içmək olmaz bilirik ki, müalicədəsən. Hələ tam sağalmayan dostu, onlara qoşulub içməyi davam edir. Özünü güclə evə çatdırır. Evə çatmağı ilə keçinməyi bir olur. Heç həkim çağırmağa da imkan olmur. Bax, beləcə də içki dostunun axrına çıxır.
Dostunun ölməyi Əliağaya çox təsir edir. Demək olar ki, onu sarsıdır və o, uzun müddət onu yaddan çıxara bilmir və hər dəfə Allaha yalvarırdı ki:- İlahi mənə onu əvəz edə bilən vəfalı, ürəyi təmiz, sədaqətli bir dost yetir.
Bir müddətdən sonra nəhayət ki, onunla iş birliyi yaradan gözəl bir insanı, Allah onun qarşısına çıxarır. Bu insanla ünsiyyətdə olan Əliağa, mərhum dostunda olan bütün keyfiyyətləri onda görür və tezliklə onların tanışlığı dostluğa çevrilir. Böyük imkanlara malik olan dostu Adil müəllim, yüksək vəzifədə işləməyinə baxmayaraq, çox sadə, təvəzökar və qayğıkeş bir insan idi. O, az vaxt ərzində Əliağanın da, təmiz, mərd adam olduğunu görür, onunla dostlaşır. Ona işdə, hər cəhətdən mənəvi və maddi dayaq duraraq, köməkliklər göstərir. Bu, maddi və mənəvi dayaq Əliağanın iş birliyi sferasını genişləndirir və onun qazancı artmağa başlayır. Az bir vaxt ərzində o, imkanlı bir şəxsə çevrilir.
Yüksək vəzifədə işləyən dostu, Adil müəllim çox sadə və qayğıkeş bir insan idi. Belə gözəl keyfiyyətə malik olan insanlar, həyatda olmasaydı, həyatın heç mənası da olmazdı. Məhz belə xeyirxah insanların sayəsində adam nə üçün həyatda yaşamağının mənasını dərk edir və nikbin əhvali-ruhiyyə ilə yaşayır. Əliağa da belə insanlardan idi. Dostunun onun dayaq durmağı sayəsində, onun biznesi artaraq, geniş sahələri əhatə edir və o, nüfuzlu bir şəxsə çevrilir. Dostu Adil müəllimin ona göstərdiyi yaxşılıqları o, heç vaxt yaddan çıxarmır və onun bu səviyyəyə qalxmağının səbəbkarı bilavasitə, Adil müəlliminin olduğunu hər yerdə etiraf edirdi. Yəni Əliağa bəzi insanlar kimi çörək itirən deyildi. Onların mehribançılığı, ailəvi dostluğa çevrilmişdi. Çox xoşbəxt həyat şəraitində yaşayırdılar. Məzuniyyətə çıxan vaxtlarda, ailəvi istirahət zonalarına gedib, istirahət edirdilər. Daha bəzi imkanlı şəxslər kimi, qürrələnib deməzdilər ki, ay bu il istirahəti Fransad, ay nə bilim İtaliyada, Almaniyada, Türkiyədə və s yerlərdə keçirmişik. Əliağagildən soruşanda: - Azərbaycanda cavabını eşidərdilər.
Bəli, bu dostların istirahət yerləri öz vətənlərində, Azərbaycanın gözəl, əsrarəngiz meşələri, onların istirahət zonaları idi. Nə olsun ki, pulları çox idi, həmin pulları vətənində xərcləmək onlar üçün xoş idi. Çünki, bu pulları, var-dövləti, onlar öz doğulduğu ana vətənində qazanıblar. Onların fikrincə hər bir iş adamı, qazandığı pulları vətənində xərcləməli və xeyri də xalqına verməlidir.
Cəmiyyətdə, xüsusən də bəzi insanlarda elə bil sağalmayan ruhu xəstəlik onların ürəyində kök salıb ki, ona çarə yoxdur. Bu xəstəliyə tutulan insanlara xalq arasında gözügötürməyən insanlar deyilir. Bu insanların iş-peşəsi, onun-bunun dalınca danışmaqdır. Onlar imkanlı şəxslər barədə deyirlər:- Bəxtəvərlər, gör necə evlərdə yaşayırlar, necə var-dövlətləri vardır. Rayonda bir imarəti ola-ola buradakı imarətə baxın- Pula-pul demirlər, hər il o sanotoriya mənim, bu istirahət zonası mənim. Daha elə bir xarici ölkə qalmayıb ki, orada istirahət etməsinlər- Biz də, bu yaşamaqdır ki, ha!-yaşayırıq. Allah kəssin belə yaşayışı.
Sonra düşür ərinin üstünə:- Ay kişi, sən də özünə kişi deyirsən?- Kül olsun sən kimi kişinin başına. Kişi bax, odur e.. e- deyə imarəti göstərir, onu tikəndi. İndi de görüm, sən öz ailənə nə etmisən?- Hansı istirahət zonasına bizi istirahətə aparmısan?- O yerdə ki ha, sən dayanmısan, o yer aralansın, girəsən onun altına. Bizim də canımız qurtarar, sənin də. Mənim bu daxmada iş-peşəm sənin küçüklərini saxlamaq olub. Belə ailə dolandırmaq olar, ay fərsiz!
Bu təənəli sözlərdən sonra, kişinin də bir çarəsi qalır, ya gedib oğurluq etsin, ya da ürəyi partlasın o dünyalıq olsun. Mən bu insanlar haqqında onu deyə bilərəm ki, onlar mənəviyyatı olmayan və Allahı tanımayan insanlardır. Onlar başa düşmürlər ki, ruzunu verən Allahdır. Hər bir insan Allahın verdiyi ruzi ilə razılaşmalıdır. “Qismətdən artıq yemək olmaz” – deyirlər. Bu haqda, müqəddəs kitabımız Quranda deyilir: “Həqiqətən, Rəbbin istədiyi kəsin ruzisini artırar, ya azaldar. O, öz bəndələrinin halını bilən və görəndir.” (İsra surəsi, ayə 30)
Belə olan surətdə insan nə etməlidir?- ancaq öz qisməti ilə razılaşmalıdır. Cəmiyyətdə, sağlam rəqabət aparmaq lazımdır, bu öz yerində. Çünki, sağlam rəqabət olan yerdə, inkişaf da olar. Söhbət gözügötürməyən, bəd-nəzər insanlardan gedir. Atdığın daşlardan axır ki, biri hədəfə dəyəcəkdir. Allah insanları belə bədnəzər insanlardan qorusun, deyiblər. Daşı çatdadan bəd-nəzərdən, gözügötürməyən insanların hədəfinə bu gözəl insanlar; - dostlar da tuş gəlir.
Qəflətən Adil müəllimin ölümü, Əliağanı dəhşətə gətirir və o, bu gözlənilməyən ölümü eşidəndə vahimələnir. Əliağa bu ölümü həqiqət yox, yuxu sanır və o, əllərini göyə qalxızıb, ağlaya-ağlaya bu sözləri deyir:
“İlahi, bu nə müsibət idi başıma gəldi, ürəyim istəyən dostlarımı bir-bir itirdim. Axı, mən nə günahın sahibiyəm ki, başıma bu müsibətlər gəlir. Şükür olsun sənə ilahi, mənim əlimdən axı nə gələr?- Ümidim ancaq sənədir. Hər şeyi bilən sənsən” – deyib hönkür-hönkür ağlamağa başlayır.
Nə edə bilərdi Əliağa, əlindən nə gələrdi. Onun ancaq bir çarəsi var idi, səbir etmək, Allahın qəzavü-qədərinə dözmək! Çünki, Əliağa kimi milyonlarla insanların başına bundan da ağır müsibətlər gəlir. Onlar bu müsibətlərlə razılaşmağa məcburdurlar. Kimin ixtiyarı var ki, Allahın işinə qarışsın. Necə ki, Allah-taala Quranda buyurur:-
“Həqiqətən, sizi bir qədər qorxu, aclıq, malın azlığı, can və mallarınızla imtahan edərək, səbirlilərə müjdə ver. O kəslərə ki, başlarına müsibət gələndə “Həqiqətən, biz Allah üçünük və ona tərəf qayıdarıq”.
(Bəqərə sürəsi, ayə 155,156)
Bəs, tək övladı olan ata-ana o övladı itirəndə, nə etməlidir? Onlar bu ağır müsibətdən necə çıxa bilərlər?- Ancaq və ancaq müqəddəs kitabımız Quranın ayələri sayəsində. Quranda Allah-taala öz ayələrində bildirir ki, ey insan ayıl, pis əməllərdən əl çək, düzgün haqqyoluna Allah yoluna qayıt, nə qədər gec deyil keç bu yola öləndən sonra artıq gec olar necə ki, Allah -taala Quranda buyurur: “Allah ölümü və həyatı yaratdı ki, sizlərdən hansınızın yaxşı əməl sahibi olduğunu sınasın. O, izzət sahibi və bağışlayandır”.
(Mülk surəsi, ayə 2)
Əliağa arif adam idi, bu kəlamları kitablardan oxumuşdu və o, bilirdi ki, hər şey Allahın qüdrətindən asılıdır və o, dərk edirdi ki, hətta ağacdan bir yarpağın düşməsi belə, Allahın izni ilədir. Çox yaxşı bilirdi bunları Əliağa və ona görə o, etiraf edərək dedi:
- İlahi, şükür olsun sənin kəramətinə. Sənsən bizi yaradan da, vaxtı gələndə öz dərgahına aparan da. Ona görə də, mən bundan sonra nə qədər mənə ömür versən və nə qədər yaşasam, əməli-saleh işlərlə məşğul olacağam, ta ki, sənin mömin bəndən olana qədər. Bu haqq yolunda mənə kömək edib, mənə yardımçı ol, - İlahi!
Bu sözlərdən sonra Əliağa ruhən rahatlıq tapır. O, həmişə yas içində ola bilməzdi, həyatında dəyişiklik etməli idi. Ona görə də, o özündə inam yaradaraq əvvəlki həyatına qayıdır və biznesi ilə yenidən məşğul olmağa başlayır. Onun işlə əlaqədar dost- tanışı çox idi və bunların arasında etibar etdiyi dostlar da var idi. Əgər işdə, belə etibarlı dostlar olmasa görülən işlər, necə uğurlu alına bilər?- Ona görə də , o, özünə üç etibarlı dost seçnmişdi və əsas işləri onların əli ilə görürdü. Belə ki, bu dostlar Əliağanın göstərişi ilə xaricdən onun dükanlarına malı alıb gətirirdilər.
Bunlardan biri, uzun müddət Rusiyada yaşamışdır. Əsli Qərbi Azərbaycanın Göyçə mahalından idi.
Əliağa onunla Maxaçqalada mal alveri edirdi və orada onunla yaxından tanış olmuşdu. O, özünü Əliağaya işdə təmiz, ticarəti yaxşı bilən, bacarıqlı, işgüzar bir adam təsiri bağışlamışdı. Sonralar Əli adında (ona Alik deyirdilər) bu adamla dost olur və onu öz yanında işə götürür. Alik, özünə Əliağada o qədər inam yaratmışdı ki, hətta Əliağa, öz şəxsi yüz əlli minlik maşını sürməyi ona etibar etmişdi. Qaldı, o iki etibar etdiyi dostlar, Əliağanın tanıdığı və etibar etdiyi həmyerliləri idi. Onların da, kiçik müəssisələri olub, iflasa uğradıqdan sonra, Əliağa onları yanında işə götürmüşdü. Bu dostlar da, Əliağanın verdiyi tapşırıqları canla-başla yerinə yetirərdilər və öz işlərində çox diqqətli idilər. Onlar da Əliağanın etibarını qazanmışdılar.
Əliağanın vəzifədə olan sevimli dostunun vəfatından sonra Alik deyilən dostu, şirin dili ilə onu “stres” vəziyyətdən çıxartmağa çalışırdı. Onun nə məqsədlə bunu etdiyini, fikri nə idi onu ancaq Allah bilərdi.
Digər tərəfdən Əliağa həmişə belə hüznlü vəziyyətdə qala bilməzdi. O, qəm-qüssəni unadaraq, nəhayət ki, onun üzü gülməyə başlamışdı. Dediyimiz kimi Əliağa çox xeyriyyəçi adam idi, çətinliyə düşənlərə kömək əlini uzadırdı. Bütün bu müsbət keyfiyyətlər onda Allaha inamdan yaranmışdır. O, bilirdi ki, bu var-dövləti Allah ona verib və verən Allah bir göz qırpımında ondan ala da bilər. Ona görə də, o, xeyriyyəçi yolu ilə addımlamağı davam edirdi. Bu yolda xərclədiyi pulların əvəzinə Allah onun biznes sahəsində gəlirini daha da artırırdı. Belə xeyriyyəçi, saxəvətli insanlar haqqında Allah-taala Quranda buyurur: “Qızıl, gümüşü, xəzinə toplayıb onu Allah yolunda sərf etməyənlərə ağırlı bir əzabdan xəbər ver”
(Tövbə surəsi, ayə 34)
Bu ayədəki xəbərdarlıqdan sonra, Əliağa bu haqq yolundan kənara çıxa bilərdimi?- O, hətta niyyət etmişdi, əgər “Həcc” ziyarətinə getsə, özündən başqa üç-dörd nəfəri də öz hesabına ziyarətə aparacaq. Bu fikir, niyyət idi Əliağanı həyatda yaşadan.
Əliağa təbiət qoynuna seyrə çıxmağı çox sevirdi. Çünki, o Azərbaycanın cənub bölgəsinin dağ rayonlardan birində dünyaya göz açmışdı və bu gözəl guşənin təbiəti, füsunkar mənzərələri, təmiz dağ havası onun hafisəsində iz buraxmışdı. Sonralar ordu sıralarından qayıdan Əliağa işlə əlaqədar Bakıya köçmüşdü və iş-gücün başdan aşmasına baxmayaraq, o vaxtaşarı ailəvi təbiət qoynuna istirahətə gedirdi. Dostunun ölümündən sonra isə bir dəfə də olsun təbiət qoynuna istirahətə getməmişdi və heç getmək də istəmirdi. Ancaq, onun beyninə birdən-birə düşmüşdü ki, rəhmətlik dostu ilə ailəvi istirahət etdikləri yerlərə bir baş çəksin. Ona görə də o, Aliki yanına çağırtdırdı və ona belə bir tapşırıq verdi:
- Üzümüzə gələn istirahət gününə qədər hazırlıq işləri gör. Əvvəllər getdiyimiz yerlərdən birinə iki günlük istirahətə gedəcəyik. Özün yaxşı bilirsən haranı deyirəm.
Alik baş üstə deyib kabinetdən çıxdı və bu tapşırığa görə çox sevindi. Onun çoxdan arzuladığı məqam artıq gəlib çatmışdı. İndi o, çoxdan hazırladığı planını rahat həyata keçirə bilərdi...
Alik, dediyimiz kimi Rusiyada yaşamışdı və onun iş-peşəsi fırıldaqlıqla pul qazanmaq olmuşdu. Erməni dilini yaxşı bildiyinə gğrə, özü kimi bir erməni dostu ilə birləşib, öz çirkin əməlləri ilə insanlara kələk gəlirdilər. İndi də onlar “samaqon” deyilən içki hazırlayıb və onu təmiz araq adı ilə insanlara sırıyırdılar. Qazandıqları pulları yemək-içməyə başqa nəlayiq işlərə sərf edirdilər. Çox keçmir onların bu fırıldaqlarının üstü açılır və onları həbs edirlər və səkkiz il iş kəsib, onları cəzaçəkmə kaloniyalara göndərirlər. Nəhayət ki, hər iki dost məhbus həyatını başa vurub azadlığa çıxır. Azadlığa çıxanı dostlar, sanki günahını başa düşüb, azadlıqda bir də məhbus həyatına düşmək istəməyən insanlar kimi ah çəkib, dərindən nəfəs alırlar. Onlar bu nəfəsi almaqla guya demək istəyirlər ki, əlvida məhbus həyatı, bir daha bizim ayağımız bura dəymiyəcək.
Azadlığa çıxan dostlar, bir müddət avara-avara gəzib, veyilləndilər. Onların daxilində olan o cinayətkarlıq hissi yavaş-yavaş baş qaldırmağa başladı.
Onlar bu dəfə narkotik maddə alveri ilə məşğul olmağa başladılar. Dostu, Aşot adında erməni, ixtisasca əczaçı həkim olduğundan hər cür narkotik maddə hazırlamağı bacarırdı və “ağ ölüm” adlanan bu maddəni əhaliyə satmağa başladılar. Az bir vaxt ərzində çoxlu pul qazanırlar. Təzədən ilişməsinlər deyə və bu sahədə yüksək təcrübəyə malik olduqlarına görə aradan çıxırlar. Erməni dostu Aşot Rostov vilayətinə köçür və orada özünə xüsusi aptek açaraq fəaliyyətə başlayırdı. Alik isə Maxaçqalaya köçür və burada kiçik müəssisə açaraq, mal alveri ilə məşğul olur. Məhz burada Əliağa ondan mal alanda onunla tanış olur və onun çox bacarıqlı olduğunu görərək, onu yanında işləməyə dəvət edir. Alik onun təklifini razılıqla qəbul edir.
Əliağa Dubaydakı şirkətlərin birindən zəng gözləyirdi. O, bu şirkətdən kənd təsərrüfatı texnikası alacaqdı. Bu texnikaya nə qədər maliyyə xərci lazım olduğunu ona bu gün zəng edib deyəcəkdilər.
Nəhayət, şirkət Əliağaya zəng etdi və iki milyon dollara başa gəldiyini ona bildirdi. Əliağa bu məbləğə razı oldu. Sonra o, öz tanıdığı həm yerli dostlarını yanına çağırıb, onlara belə tapşırıq verdi:
Diqqətlə qulaq asın, şəhərdəki şirkətlərimizə, mağazalarımıza baş çəkin. Yığılmış vəsaiti toplayıb, iki milyon dollar hazırlayın və bir həftə ərzində pulu şirkətlərin birinə köçürmək lazım gələcək. Bilirsiz də, bu şənbə iki günlüyə istirahətə gedirik. O vaxta qədər siz pulu yığıb hazırlayın. İstirahətdən sonra hansı şota köçürməyi sizə deyəcəyəm, aparıb köçürəsiz.
Sualınız var? – Sizə qaranlıq bir şey qaldımı?
- Xeyir, sözündən sonra Əliağa dedi:
Onda gedin öz işinizlə məşğul olun. Onlar kabinetdən çıxdılar.
Həmyerlisi olan dostlardan birinin adı Əli, o birinin adı isə Vəli idi. Əli-Vəli kabinetdən çıxıb, Alikin yanına getdilər. Alik onlara bəzi tapşırıqlar verdi və sonra isə öz işləri ilə məşğul olmağa başladı.
O, yola lazım olan çoxlu ərzaq məhsulları aldı, quzu cəmdəklərini doğratdırdı, meyvə-tərəvəzi qutulara yığdırdı, çoxlu təbii su və şirələr alıb maşına yüklətdirdi. Hər şeyi deyilən vaxtdan da tez hazıladı. Şənbə gününün səhəri, onlar artıq Əliağanın evinin qarşısında onu gözləyirdilər.
Əliağa bu il ailəsini istirahətə öz doğma rayonunda tikdirdiyi villasına göndərmişdi. Özü isə bildiyimiz kimi şəhərdə qalmışdı ki, bir-iki günlüyə, vaxtı ilə dostu ilə keçirtdiyi Quba istirahət zonasına getsin.
Əliağa həyətə düşdü, dostları onu gözləyirdilər. O, dostlar ilə salamlaşdı və öz maşınına doğru addımlayaraq maşına oturdu. Həmişəki kimi Alik motoru işə salıb yola düşdülər. Şirkət maşınını isə Əli idarə edirdi. Onlar Azərbaycanın şimal bölgəsinin ərazisində yerləşən “Qədim Quba” istirahət zonasına doğru istiqamət aldılar. Onlar artıq meşəyə yaxınlaşırdılar. Bu meşə Əliağanın çox xoşuna gəlirdi. Bu meşənin ağacları, cənub bölgəsinin meşə ağaclarından fəqlənirdi. Buradakı ağacların əksəriyyəti şam ağacları idi və bu ağaclar o qədər uzanıb göyə dikənmişdilər ki, hətta yerə günəş şüası belə düşmürdü.
Ağacların altında taxtadan “pələmə”lər düzəldib onların üzərində palaz, xalça sərmişdilər, istirahətə gələnlər bu pələmələrin üstünə çıxıb, orada qoyulan mütəkkələrə dirsəklənib bardaş quraraq oturardılar.
Əliağagil az bir vaxt ərzində meşəyə çatıb, maşından düşdülər. O dəqiqə istirahət zonasının işçiləri Əliağanı yaxşı tanıdıqlarına görə, onu səmimi qarşıladılar.
Əliağa, həsrətlə ətrafa baxmağa başladı. O, böyük bir ağaca yaxınlaşanda, - bu ağacın altında, Adil müəllimin ağaca söykənib onunla şirin-şirin söhbət etməyi yadına düşdü. Sonra onun, ailəvi tutduğu pələmənin üstündə bardaş qurub istirahət etmələri gözünün qabağına gəldi və gözləri yaşardı. Necə də xoşbəxt günlər idi, o günlər. Onlar istirahətə gələndə meşədə quşların cəh-cəhəsi eşidilərdi, istirahətə gələnlərin sayı- hesabı yox idi. Çalıb-oynayan kim, yeyib-içən kim. Hamının üzü gülürdü. İndi isə Əliağa bunları görmədi. Sanki, quşlar da, meşə də yasa batmışdı. Onlar da Adil müəllimin yoxluğundan xəbər verirdi. Meşə Əliağaya çox soyuq təsir bağışladı və o, istirahətə gələnlərin az da olduğunu gördü.
Bu vaxt, kafe işçiləri Əliağa müəllimin üç nəfərlə gəldiyini görəndə, gözlərinə inanmadılar. Onlar Əliağa müəllimə sarı qaçıb, onu salamladılar. Sonra Əliağa müəllimin ailəvi gəlmədiyinə təəcüblənib soruşdular:
Əliağa müəllim, xoş gəlib səfa gətirmisiz, niyə ailəvi yox, tək gəlmisiz?- bəs, Adil müəllim hanı?
Bu söz, Əliağa müəllimin yaralı yerinə toxundu və bayaqdan doluxsunmuş gözlərindən yaş axmağa başladı. Bunu görən kafe işçiləri, dedikləri sözə peşman oldular və təəcüblə Əliağa müəllimlə gələn dostların üzünə baxdılar. Dostlar him-cimlə kafe işçilərini başa saldılar ki, Adil müəllim yoxdur, o rəhmətə gedib. Bunu bilib təəssüflənən kafe işçiləri, tez onların pələməsini hazırladı və onları yerbəyer etməyə başladılar. Bu vaxt istirahət zonasının müdiri Rəşid müəllim də gəldi, o, da Əliağa müəllimlə görüşdü və onunla səmimi söhbət başladı. Söhbət uzun çəkdiyindən Əliağa müəllim özündə çox yorğunluq hiss etdi və o, mütəkkəyə dirsəklənərək ayaqlarını uzatdı. Təmiz meşə havası onun ciyərlərinə dolurdu. Kafe işçiləri Əliağa müəllimi yaxşı tanıyırdılar və bilirdilər ki, o istirahətə gələndə hər şeyi özü ilə gətirir. Ona görə də ona hərtərəfli qayğı göstərirdilər və tez dəmlənmiş pürrəngli çay gətirib onun qabağına qoyurlar.
Əliağa müəllim çayı içə-içə yorğunluğu canından çıxır və buna baxmayaraq, fikirlər də ondan əl çəkmirdi. Dostu ilə bağlı xatirələr yadına düşürdü.
Bir dəfə, çay içəndə Adil müəllim Əliağaya dedi:
Əliağa sən bilərsən, bu nədəndir?- Sizin rayonda istirahətdə olanda, orada içdiyim çayın tamı ilə burdakının fərqi var, bu nədəndir?
Əliağa cavab verir:
Bilirsən Adil müəllim, biz gözümüzü açandan bizim əkin sahələrində çay kollarını görümşük. Azərbaycanın başqa bölgələrində pambıq becərildiyi halda, bizim zonada isə çay əkilərək becərilir. Salınmış çay plantasiyalarından yığılan çay, fabrikdə istehsal edilərək növlərə ayrılır. Sənə də əla növdən dəmlənmiş çay veriblər və sən fərqi hiss etmisən. Əlbəttdəki, çayı dəmləmək qaydasını bilən peşəkar çayçılarımızın dəmlənmiş çayı olsun.
Bu xatirələr içində və həm də çox yorğun olduğundan Əliağanın gözləri istər-istəməz yumulurdu və biraz keçmişdi, onu yuxu apardı.
Alik isə hələ yatmamışdı, gecənin yarısına qədər oyaq qalaraq, səhər nə etməyi barədə götür- qoy edirdi. O, birinci növbədə işlədiyi müddət ərzində yığdığı pulları yerbəyer etməyə başladı. Bundan başqa o, erməni dostundan aldığı zəhərli narkotik maddəni də özü ilə götürüb-götürməyi dəqiqləşdirdi.
Narkotik maddənin götürməyinə tam əmin olduqdan sonra, fürsət axtarırdı ki, ondan istifadə etsin. İndi həmin fürsət artıq onun əlinə düşmüşdü.
Alik gecə yarısı, Əliağanın həmyerli dostlarını yanına çağırıb, öz fikrini onlara bildirdi. Bu iki nəfərin, Əliağa ən yaxın olan dırnağarası dostlarını Alik çoxdan öz tərəfinə çəkmişdi. Dostlar iki milyon yox, üç milyon dollar yığdıqlarını Alikə bildirdilər. Bunu eşidəndə Alik çox sevindi və onlara öz təşəkkürünü bildirərək dedi:
Səhər Əliağa müəllimin işini bitirəndən sonra, hərəyə bir milyon götürüb aradan çıxırıq. Marşurutumuz Rostov vilayətinə olacaqdır. Orda mənim dostum var. O, bizim yolumuzu gözləyir və əlavə edərək dedi:- Əliağa müəllimin yemək-içməyinə limon dadı verən zəhəri qatıb, onu o dünyalıq edəcəyik. Yemək zamanı o, yeməklərin zəhərli olduğunu hiss etməz. Bu elə bir narkotik maddədir ki, o bədənə daxil olan kimi, adamı yatızdırır. Baxan da elə bilir ki, o yatıb, dərin yuxuya gedib. Həmin maddə tədricən onun qanına sovrularaq onu zəhərləyir və onu o dünyalıq edir.
Xülasə, səhər açıldı. Açılan səhər güvəndiyi və ona arxalanan günəş ilə qaranlığa öz gücünü göstərib, ona qalib gəldiyini bir daha sübut edərək şüaları ilə hər tərəfi nura qərq etdi və insanlara xoş gün arzuladı. Belə xoş gün isə Alika aid deyildi. O, özünün məkrli işini həyata keçirmək fikrində idi.
Və o, dünən gətirdiklərini kafe işçilərinə təhvil vermişdi, indi isə onların yanına gedib, necə hazırlıq gördükləri ilə maraqlanırdı. O, mətbəxə girdi və hər şeyin yerli-yerində olduğunu görüb, ofisiantlara tapşırıq verərək dedi:
Əliağa müəllim hələ yatır, yuxudan duran kimi siz fəaliyyətə başlayırsız. Bir az keçmişdi Əliağa müəllim yuxudan ayıldı və o, artıq etibar etdiyi dostları ilə keçib süfrə başında oturdu. Dostlar ofisantların hazırladıqları kabalara girişdilər. Əliağa müəllim içmədiyinə görə, dostları ondan gizli, su butulkalarına doldurduqları araqdan bala-bala vururdular. Əliağa müəllim isə təbii şirələrdən içirdi. Məclis yavaş-yavaş qızışırdı. Əliağanın dostları ona canfəşanlıq göstərirdilər. Onlar göz ilə qaş arasında onun yediyi kabablara limon dadı verən zəhərli maddəni qatırdılar.
Əliağa müəllim, kababdan iştaha ilə yeyə-yeyə dostlarına deyirdi:
Mən indiyəcən belə limon dadı verən kabab yeməmişdim. Necə də dadlı idi. Əhsən bunu təşkil edənə də, bişirənə də. Sonra, o, kənara çəkildi və deyəsən çox yedim, məni bağışlayın deyib, süfrədən aralandı. Yuxu onu necə gicəltmişdisə o dəqiqə yuxuya getdi.
Bunu çoxdan gözləyən dostlar tez-tez yer-yığışa başladılar. Özlərinə lazım olan şeyləri maşına yüklədilər və Alik kafe işçilərinə yaxınlaşaraq dedi:
Əliağa müəllim bizə tapşırıq verib və bizi təəcili şəhərə yolladı. Gördüyünüz kimi o, yatıb, istirahət edir və xahiş etdi ki, onu narahat etməsinlər. Biz şəhərə gedib onun tapşırıqlarını yerinə yetirdikdən sonra axşamüstü bura qayıdarıq.
Ofisiantlar heçnə demədi və öz işləri ilə məşğul olmağa başladılar. Onlar ehtiyatla süfrəni yığışdırıdılar ki, birdən səsə Əliağa müəllim oyanar. Dostlar isə tez maşına oturub aradan çıxırlar.
Axşamüstü oldu, ofisiantlar Əliağa müəllimin hələ də oyanmadığını görüb narahat olmağa başladılar. Bir tərəfdən də, şəhərə göndərdiyi adamların hələ də qayıtmamağı onları çaş-baş saldı. Onlar tez öz müdirlərinə zəng edib, bu haqda ona xəbər verdilər. Müdir Rəşid müəllim tez rayondan özünü çatdırdı. O, Əliağa müəllimi yaxşı tanıyırdı və ona böyük hörməti vardı. Əliağa müəllimin ağır-ağır nəfəs aldığını görəndə tez dedi:
Bu yatan adama oxşamır o, deyəsən zəhərlənib, tez təcili yardıma zəng edin. Onlar təcili yardıma zəng etdilər.
Rayondan təcili yardım gələnə qədər xeyli vaxt keçdi. Nəhayət, təcili yardım gəlib çatdı. Həkim tez ona yaxınlaşdı, nəbzini yoxladı, gözlərinə baxdı, təzyiqini ölçdü və onu tam müainə edəndən sonra başını bulayıb Rəşid müəllimin üzünə baxdı:
Ümid ancaq Allaha qalıb, Rəşid müəllim, o zəhərlənib. Onu təcili xəstəxanaya çatdırmaq lazımdır.
Xülasə, Əliağa müəllimi təcili xəstəxanaya apardılar...
Alikgil dayanmadan hərəkət edirdilər. Çox fırıldaqlardan çıxan Alik hər ehtimala qarşı, şirkət maşının nömrə nişanını dəyişmişdi. O, həmişə bu yol ilə gedib-gəldiyinə görə, onu tanıyırdılar. Ona görə də, heç bir maneyəyə rast gəlmədən, onlar rahat Rusiya sərhədinə keçdilər və dayanmadan surətlə Rostov şəhərinə doğru hərəkətə başladılar. Yolda yemək -içməyə az vaxt sərf etməkləri istisna olmaqla, onlar dayanmadan hərəkət edirdilər və gecə yarısı şəhərə çatdılar.
Alik, Maxaçqalada işlədiyi vaxt, dostu Aşotun yanına Rostova tez-tez gedərdi. O vaxtdan şəhərin kənarında özünə bir ev kirayəyə götürmüşdü və həmişə illik kirayə pulunu əvvəlcədən verərdi. O, çox uzaqgörənlik edib, sanki gec-tez belə bir cinayət işi törədəcəyini əvvəlcədən bilirmiş kimi, bu evi kirayəyə götürmüşdü və indi də arxayın, bu evə gəlib çatdılar. Onlar maşını həyətə salıb, evin qapısını Alik açdı. Otağa keçən dostlar çox yorğun olduğundan, hərə bir tərəfdə kəlləni qoyub yatdılar. Səhər günortaya yaxın onlar yuxudan oyandılar. Dostlar bayıra çıxıb, geniş həyət-bacası olan və bağda ağaclar arasında xudmani baxçanı görəndə sevindilər və Alikin belə uzaqgörənliyinə görə ona təşəkkür etdilər.
Onlar maşına yığdıqlarını boşaldıb, maşını şəhərə sürdülər. Pul, nə qədər desən onlarda, dünya veclərinə deyildi. Şəhərdə lazım olan şeyləri, artıqlaması ilə alıb evə qayıtdılar. Onlar baxçada hazırlıq işləri görüb, geniş bir stol bəzədilər. İndi artıq bura dostu Aşotu dəvət etmək məqamı çatdı və Alik dostu Aşota zəng etdi:
Aşot salam, Alikdi nə var- nə yox, necəsən?
Telefonda cavab eşidildi:
- Kim, Alik? -Ara, Alikcan sənsən, özün necəsən, -ha! Bakıda işlərin necə gedir,eli!
- Nə Bakı Aşot, sənə Rostovdan zəng edirəm.
- Nə, sən Rostovdasan?- ara bəlkə zarapat edirsən, ha!!-ara doğurdan Rostovdasan?
- Sən öl yox, özüm ölüm deyirəm. Dünən gecə yarısı çatmışam, öz kirayə tutduğum evimdəyəm, səni də bura dəvət edirik.
- Ha;-doğurdan!
- Baş üstə, göz üstə Alikcan bu saat gəlirəm.
Bir az keçmişdi, həyətin qapısında bahalı qara bir “cip” dayandı.
Aşot maşından düşdü. Bu, ortaboylu, şişman qarnı, iri ətli sifətində itmiş gözləri, yekə burnu, sinəsinə sallanmış buxaqı, qat-qat boynunda ətlə örtülmüş peysəri olan bir kişi idi. Aliklə eyni yaşda olmağına baxmayaraq, o çox yaşlı görsənirdi. Ondan fərqli olaraq Alik, uzun boylu, arıq, qara gözləri, almacıq sümükləri bayıra çıxmış arıq sifəti, sağ qaşının üstündə çapığı olan bir adam idi. O, Aşotla gəzəndə, ata-oğul təsiri bağışlayırdı.
Alik tez ona sarı gələrək onu bərk-bərk qucaqladı. Çoxdan görüşməyib, bir-birinə tamarzı qalan adamlar kimi, görüşüb-öpüşüb ayrıldılar.
Aşot danışmağa başladı:
Ara, səhərdən maşında gələndə, pikirləşirdim ki, görəsən bu Alik nəyə görə o cür qazanclı işdən ayrılıb bura gəlib-ha! - məsəb haqqı düz deyirəm.
Alik dedi:
Səni görməyə gəlmişəm e..e, səni, gəldim ki, səninlə görüşüm.
Ha..a! – çox gözəl deyib, Alikin dostlarına yaxınlaşdı və onlarla da qucaqlaşıb görüşdü.
Onlar Aşotu stola sarı apardılar. Aşot geniş açılmış stolu görüb, onun üstündə cürbəcür bahalı içkilər, erməni konyakından tutmuş, visgiyəcən, sonra cürbəcür yeməkləri görəndə başa düşdü ki, bunlar yaxşı gəlib, kalan pulları var.
Dostlar yeyib-içməyə başladılar.
Alik erməni konyakından dostların badələrinə süzüb, ayağa qalxaraq, sağlıq deməyə başladı, sağ qaşında çapıq olan gözünü bir-iki dəfə yumub açandan sonra sözə başladı:
Əziz dostlar, əziz dostum Aşot, sən bizim məclisə xoş gəlib, səfa gətirmisən. Mən səninlə uzun müddətdir ki, dostam. Çox acılı-şirinli günlər keçirmişik. Bütün bunlara baxmayaraq, bizim dostluğumuz hələ də davam edir və sənin nəzərinə çatdırmaq istəyirəm ki, gördüyüm bu mənim dostlarım Əli-Vəli ki, var, onlar həm də sənin dostlarındır. Məni necə tanıyırsansa, onları da o cür tanı. Çox “daverni” insanlardı. Biz sənin yanına elə-belə gəlməmişik, biz kalan pulla gəlmişik. Biz indi milyonçuyuq, milyonçu. Bizim milyonlarımız var. Gəlmişik ki, bir köhnə dost kimi, səni də özümüzlə götürüb bir səyahətə çıxaq.
O aptekdi nədi açmısan, bağla onu! Sabahdan dünyanın ən səfalı yerlərindən biri olan Antaliyaya uçuruq. İçək bu badələri şəxsən Aşot dostumuzun sağlığına.
Dostlar ayağa qalxıb, Aşotun badəsinə öz badələrini toqquşdurdular.
Bu, içki məclisində ürəklər açılmış, söhbətlər isə davam edirdi. Dostlar, Aşotu xeyli təriflədilər.
Axırda Aşot da ayağa qalxıb, dostlarının şəninə badəsini qalxızıb, sağlıq deməyə başladı:
- Ara, mən maşında gələndə də, indi burda sizi görəndə də, bərk pikrə getmişdim. Pikirləşirdim ki, eli, bunlar elə-belə Bakıdan bura gəlməzlər, indi gördüm ki, doğurdan da siz kalan pul qazanıb gəlmisiz. Çünki dostlar, sizin mənim təcrübəmdən bəhrələnən Alik kimi dostunuz var. Bilirdim ki, məhzəb haqqı, bu belə də olmalı idi. Ona görə də, başda Alik olmaqla mən sizin qulluğunuzda həmişə hazır. Üzünü təzə dostlara tərəf tutub davam etdi:
- Sizi deyə bilmərəm, ancaq mənlə bu Alik türmədə çox əziyyətlər çəkmişik. Səhərdən, axşamacan eşək kimi yük daşımışıq, pəhləlik etmişik, yer qazıb, daş daşımışıq və s. ha-a! – düz deyirəm, məssəb haqqı!- İndi sizə təşəkkür edirəm ona görə ki, o ağır günləri yaddan çıxarmaqdan ötrü, məni istirahətə dəvət edirsiz. İçirəm sizin sağlığınıza, sağ olun!- öpürəm sizi.
Dostların məclisi, səhərin açılmasına az qalmış, hələ də davam edirdi...
Təcili yardım maşını, Əliağa müəllimi aparandan sonra, istirahət zonasının müdiri Rəşid müəllim, xəstəxanaya zəng edib xəbərdarlıq etmişdi.
Təcili yardım maşını, uğultu sala-sala xəstəxanaya daxil olanda, artıq həkimlər hazırlıq işləri görmüşdülər.
Onlar, Əliağa müəllimi təcili reanimasiya otağına apardılar. Azərbaycanda xeyriyyəçi kimi tanınan bu xeyirxah insanı vəziyyətdən çıxartmaq üçün əlindən gələni etməyə başladılar. Ağır-ağır nəfəs alan Əliağa müəllimə, zəhərlənməyə qarşı sistemlər keçirib, qanını təmizləməyə başladılar.
Orqan işçiləri də, bu hadisədən xəbərdar olub bura gəlmişdi. Hamı reanimasiya otağının ətrafına yığışmışdı və səbirsizliklə həkimlərin rəyini gözləyirdilər...
Əliağa ailəsini rayona istirahətə göndərəndə, onun arvadı Qəmər xanımın heç ürəyindən deyildi rayona getməyə. O, Əliağasız rayona getmək istəmirdi, Əliağa təkid edəndə, könülsüz razılaşıb rayona yola düşdü.
Qohumlar onun ailəsini, uşaqlarını (Əliağanın iki oğlu bir qızı vardı) görməyə gələndə Qəmər xanımın kefsiz olduğunu hiss etdilər. Onu darıxmağa qoymamaqdan ötrü, onu tək buraxmayıb, həmişə yanında olurdular. Baldızı gecə onunla qalırdı.
Axşam yatandan sonra, gecənin yarısında Qəmər xanım hövlənək yuxudan ayıldı. Gördüyü yuxu onu dəhşətə gətirmişdi. O, handan-hana özünə gəldi və ağlamağa başladı. Baldızı da, tez durdu, onu ağlayan görəndə o, da ona qoşulub ağladı.
Baldızı ona yalvardi ki, ağlamasın uşaqlar ayılıb qorxar. Necə yuxu görmüsən danış, xeyirdir inşallah!
Qəmər xanım gözünün yaşını silib, danışmağa başladı:
- Yuxuda görürüəm ki, Əliağa məni və uşaqları götürüb təbiət qoynuna çıxıb və bizi sevdiyi meşəyə gəzməyə aparır. Uşaqlar moruq kollarında qara, yetişmiş moruqları görəndə, kola sarı qaçırlar. Əliağa moruqdan yığıb, uşaqlara verirdi. Birdən onun ayağı sürüşdü. O, sıldırımdan yuvarlanmamaqdan ötrü, kolun budağından bərk-bərk yapışır. Mən ona sarı qaçdım. O, tək əli ilə budaqdan tutb, nə qədər çalışdı ki, yuxarı qalxsın mümkün olmadı. Mən ona kömək etmək istədim. Onun qolundan tutub, ha güc vurdum ki, onu yuxarı qalxızım, gücüm çatmadı. Uşaqlar, mən qışqırmağa başladıq, köməyə adam çağırırdıq. Heç kim yox idi.
Əliağanın tək qolu gücdən düşürdü. Mən də ona kömək edə bilmədiyimdən o, müvazinətini itirib, uçuruma yuvarlandı. Və mən öz qışqırıq səsimə yuxudan oyandım.
Baldızı dedi:
Qəmər, bacım darıxma, yuxudu da görmüsən, inşallah, heç nə olmaz. – Səhər açılan kimi zəng edib onunla danışarsan. Ürəyini üzmə- deyə ona təsəlli verməyə başladı.
Səhər hava açılana qədər, Qəmər xanımın gözünə yuxu getmədi. O, pəncərədən bayıra baxıb, səhərin açılmağını gözləyirdi.
Səhər açılar-açılmaz o, Əliağanın telefonuna zəng etdi. Nə qədər zəng etdi, cavab verən olmadı. Bərk narahat olan Qəmər xanım, saat 9.00- da Əliağa müəllimin ofisinə zəng etdi. Katibə telefonu götürdü:
- Alo, Lalə sənsən, Qəmər xanımdı, Əliağa müəllim hardadı, niyə telefona cavab vermir?
- Qəmər xanım, siz narahat olmayın o, Bakıda deyil, Qubaya iki günlüyə istirahətə gedib.
- Bəs, niyə cavab vermir?
Bilmirəm, Qəmər xanım, xəbərim yoxdur.
Yaxşı, sağ ol!
Cavabdan sonra doluxsunan Qəmər xanım, Əliağanın rayonda icra aparatında işləyən qardaşı Vəliağaya zəng etdi:
- Alo, eşidirəm Qəmər xanım Vəliağadı nə olub, niyə ağlayırsan?
Qardaşından səs- soraq yoxdur Vəliağa, zəng edirəm cavab vermir. Katibəsi ilə danışdım dedi ki, o iki günlüyə Qubaya istirahətə gedib.
- Yaxşı, narahat olma, mən aydınlaşdırıb sənə xəbər verərəm.
Qaynı Vəliağa, Quba rayon icra aparatı ilə əlaqə saxladı. Məsələnin nə yerdə olduğunu ona bildirdilər. Bu, xəbərdən bərk sarsılan Vəliağa, Qəmər xanıma zəng etdi. Və ona bildirdi ki, Əliağa Qubada istirahətdə olanda xəstələnib, xəstəxanada müalicə olunur.
Hazırlaşın, gəlib sizi götürüb Bakıya yola düşürük...
Əliağa müəllim hələ ki, həkimlərin səyinə baxmayaraq, ayılmamışdı. Quba rayon icra aparatı, rayon prkurorluğuna, polis rəisinə bu haqda məlumat vermişdi. Onlar reanimasiya otağının qarşısında dayanmışdı. Bu vaxt rayon icra başçısı Hidayət müəllim, bura gəldi. Həkim reanimasiya otağından çıxıb, icra başçısına yaxınlaşdı və xəstə haqqında ona məlumat verdi:
Hidayət müəllim sizə deyim ki, xəstə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Zəhər onun qanına tam sirayyət edib. Biz əlimizdən gələni etmişik əgər o, vəziyyətdən çıxıb sağalsa, demək möcüzə baş verib, bu da ki, qalıb Allaha!... Əliağanın başına gələn hadisələrdən əvvəl onun ürəkdən bağlandığı dostları dünyasını dəyişəndən sonra, onda birdən-birə Allaha inamı artmışdı və o, tam dərk etdi ki, hər şey Allahın qüdrətindən asılıdr. O, tam əminliklə bir daha inandı ki, Allah öz saleh bəndələrini, bütün qəzavu-qədərdən, xəta-bəlalardan hifs edir. Odur hər şeyi yoluna qoyan, Odur, hər şeyi bilən necə ki, müqqədəs kitabımız Quranda Allah buyurur:
“Allahın izni olmadan heç bir müsibət üz verə bilməz. Kim Allaha inam gətirsə Allah onun qəlbini haqqa doğru yönəldər, Allah hər bir şeyi biləndir”. (Təğahun surəsi, ayə 11)
Orqan işçiləri, Əliağanın başına gələn hadisəni araşdırmağa başladılar. Onları, Əliağa ilə istirahətə gedən o, üç nəfərin həyatı maraqlandırırdı. Və birinci növbədə onların izinə düşməyi qərara aldılar. Ələxüsus, Alik onların diqqət mərkəzində idi.
Onlar araşdırma aparıb, əlaqədar təşkilatlarla əlaqə saxladılar. Alikin dostu Aşotla olan əlaqəsini, hansı hoqqalardan çıxdıqlarını, məhbus həyatı və s. onlara məlum oldu. Və hal-hazırda Aşotun Rostov şəhərində yaşadığını, orada özünə şəxsi aptek açıb fəaliyyətdə olduğunu müəyyənləşdirib, ora getmək qərarına gəldilər. Rəhbərlik bu işi aparan müstəntiqə iki polis əməkdaşı ilə birlikdə mülkü geyimdə Rostov şəhərinə təcili ezam etdi. Onlar Rostov şəhərinə çatan kimi ilk növbədə Rostov şəhər daxili işlər şöbəsinə gedib, nə məqsədlə gəlmələrini onlara bildirdilər və Aşot adında bir erməninin bu şəhərdə yaşayıb-yaşamadığını soruşdular.
Orqan işçiləri az bir vaxt ərzində, belə bir adamın bu şəhərdə yaşadığını və onun hansı ünvanda açdığı aptekdə işlədiyini bildirdilər.
Müstəntiq, onunla gələn iki əməkdaşı ilə taksiyə minib həmin ünvana yollandı və deyilən ünvanda həmin apteki tapdılar. Ancaq aptekin qapısından kağızda “Bağlıdır” yazısı asılmışdı...
Yemək-içmək məclisində Alik dostları ilə o qədər yeyib-içib, danışıb güldü ki, bir də ayılanda artıq səhərin açıldığını gördü. Və bu dostlar çox içdiklərinə görə oturduqları kresloda da yuxuya getdilər. Günorta vaxtı yuxudan ayılıb, təzədən yemək-içməyə girişdilər. Yeyib, içə-içə Alik hava limanına zəng edib, Antaliyaya dörd bilet sifariş verdi. Sonra dostu Aşota dedi:
Aşot, bilirik ki, sənədlərin üstündədir, sən bizim qonağımızsan. Evə pula görə getmək istəyirsənsə lazım deyil, nə qədər istəsən bizdə pul var. Puldan ötrü heç narahat olma. Səni özümüzlə aparırıq vəssalam!
Axşamkı reyslə Antaliyaya uçuruq. Yedik-içdik indi də səfərə hazırlaşmaq lazımdır. Onlar Aşotun maşınını həyətə salıb, darvazanı bağladılar. Sonra evə girib, birinci növbədə milyonları yerbəyer etmək lazım idi. Onlar özlərinə lazım olandan da artıq pul götürüb, qalanını gizlədəndən sonra hava limanına yollandılar.
Təyyarə, Antaliya şəhərində yerə endi. Dostlar, beşulduzlu mehmanxanada özlərinə ayrı-ayrılıqda tək otaqlar alıb, yerbəyer oldular. Qaldı nə? – pul var nə qədər desən yeyib-içib, kef çəkmək, vəssalam!...
Müstəntiq, əməkdaşları ilə aptekin bağlı olduğunu görüb, ətrafa boylanmağa başladılar. Müstəntiq polis yoldaşlarını burda saxlayıb, yaxındakı ərzaq dükanına girdi. Oradan bəzi şeylər alıb, onu kağıza bükdürüb bağlatdırdı. Dükançıya öz minnətarlığını bildirb bayıra çıxdı. Bu dəfə o, aptekə lap yaxın olan təsərrüfat malları satılan dükana girdi. Üzünə yazıq görkəm verərək satıcıya yaxınlaşdı və yalvarıcı tərzdə ondan rus dilində soruşdu:
- Qardaş, səndən çox xhiş edirəm, mən Erevandan gəlmişəm, mənə bu bağlamanı veriblər ki, aptekdə işləyən Aşota çatdırım. Ancaq aptek bağlıdır. Bilmək istəyirəm ki, aptek haçan açılar?
Satıcı yazıq görkəmdə olan bu adamın həqiqətən də Erevandan gəldiyini ləhcəsindən hiss etdi və dedi:
Vallah, dəqiq deyə bilmərəm, ancaq onu bilirəm ki, bu aptek bir həftə olar bağlıdır. Dünən də bir neçə adam məndən soruşanda, onun tanışlarından biri nə isə dükana almağa gəlmişdi, onlara dedi ki, Aşot Eravandan gələn dostları ilə Antaliyaya istirahətə gedib.
Doğurdan?- vay, vay bu olmadı ki, təəccüblənən adam kimi özünü göstərən müstəntiq əlindəki bağlamanı satıcıya göstərərək dedi: - Onda mənim bir çarəm qalır, o, istirahətə gedibsə gec gələr. Mən gedib onun qohumlarına bu əmanəti çatdıraram. Səhər də Erevana getməliyəm. Sizi də, narahat etdiyimə görə üzr istəyirəm- deyib dükandan çıxdı. Arxadan satıcının “Nezaşto” sözünü eşitdi.
Müstəntiq əməkdaşlarının yanına gəlib, haydı tələsin, deyəsən onların izinə düşmüşük, təcili Antaliyaya uçuruq...
Alik dostları ilə Antaliyada kefdə damaqda idilər. Pul nə qədər desən var deyə, sağa-sola hara gəldi səpələyib, xərcləyirdilər.
Aşot, dostlarının milyonları olduğuna tam əmin olmuşdu. Çünki, Alikin Rostovdakı evində pulları öz gözləri ilə görmüşdü və harada gizlətdiklərini də dəqiq yadında saxlamışdı. O, dostlarından bir anlığa yayınaraq, damarından o rəzil erməni qanı axdığına görə, öz mənfur xislətini göstərərk, göz ilə - qaş arasında öz qanından olan qohumuna zəng edib, hərtərəfli onu başa salmışdı. Ona ünvanı deyib, həmin ünvana təcili gedib, açarı filan yerdən götürüb mətbəxdə yerə basdırılmış pulları çıxarıb götürsün. Və maşının bardaçoğunda olan açarı götürüb, maşını sürərək aradan çıxsın. Sonra mən gələndə pulları yarı bölərik, eşitdin!- hələlik, deyib rahat nəfəs almışdı.
Bəli, dostlar deyirdi, pul olan yerdə, hər şeyə nail olmaq olar deyə, gözəl qızlarla yeyib-içib kef edirdilər. Onlar Antaliyada, dəniz sahilində ən bərk gedən, bahalı otellərdə restoranı bağlatdırıb, qızlarla çalıb-oynayıb rəqs edirdilər. Çalğıçılara cürbəcür “zakaz”lar verir, “caz”, “brek”, “tvis” nə bilim daha nələr xarici, tanınmış müğənnilərin mahnılarını başa düşdü- düşmədi oxutdururdular və çalğıçıların başına pullar səpirdilər.
Elə ki, oynayıb yorulduqdan sonra, hamı oturdu və indi də qızların şəninə sağlıq deməkdən ötrü badələrə “rakı” süzdülər.
Alik badəni əlinə götürüb, sağ qaşındakı çapığa görə gözünü bir-iki dəfə yumub, açandan sonra sözə başladı:
- Əziz xanımlar, sizə həyatda can sağlığı arzulayıram, siz olmasuz biz kişilər nəyə lazımıq, öpürəm sizi! - söz ağzında qaldı, dörd nəfər içəri daxil oldu və onlar sorğusuz-sualsız masaya yaxınlaşıb Alikin, Aşotun, Əli və Vəlinin qolunu burub, itələyə-itələyə bayıra çıxartdılar. Qızlar bu mənzərəyə, bu işə mat-məətəl qalıb bir küncə qısılaraq qorxa-qorxa baxırdılar. Aşot bir-iki dəfə ara, ara nə edirsiniz?- deyəndə onun qolunu nə təhər burdularsa, səsini xırp kəsdi və onları maşına basıb apardılar...
Əliağanı dostları zəhərləməmişdən əvvəl şirkətdə kabinetində oturub, işi ilə əlaqədar məşğul idi. Katibə içəri girib, Əlizamin adında bir şəxsin onun yanına gəlməyini bildirəndə Əliağa tez dedi:
Onu qapıda niyə saxlamısan?-burax içəri. O, içəri girəndə Əliağa ayağa qalxıb, onu sevinclə qarşıladı.
O..o Əlizamin müəllim xoş gəlib, səfa gətirmisən. Sən hara-bura hara, yol azmısan nədi, buyur içəri, keç otur mənim yanımda. Nə əcəb səndən, ay Əlizamin müəllim, gəlib bizi yad edirsən- deyə onunla iki əllə görüşdü və onu yanında otuzdurdu və sözünə davam etdi:- Vallah, bir ilahiyyatçı alim kimi, sənin televizorda çıxışlarını mütamadi izləyirəm. İnsanların mənəviyyatını təmizləyən, onlara ruhi qida verən sözlərinlə, necə də insan rahatlaşır, mənəviyyatı təzələnir. Onları haqq yoluna dəvət edirsən. Bundan xeyirxah iş dünyada nə ola bilər?
Mənim ürək dostlarım dünyasını dəyişəndə bərk sarsılmışdım. Bilavasitə, sənin Qurandan, Peyğəmbərimizin kəlamlarından gətirdiyin sitatlar, məni bu sarsıntıdan xilas etdi. Mən sənin kimi xeyirxah ilahiyyatçı möminlərlə fəxr edirəm və həmişə də fəxr edəcəyəm.
Əlizamin müəllim, onun bu səmimi sözlərinə görə öz minnətdarlığını bildirdi və üzünü ona tutaraq dedi:
Çox sağ ol, Əliağa müəllim mən də sənə öz təşəkkürümü bildirirəm bu xoş sözlərinə görə. Sən, heç də məndən geri qalmırsan. Sənin də xoş sədaların həmişə mənim qulağıma çatır və bir xeyriyyəçi insan kimi, iş adamı kimi həmişə- kimsəsizlərə, çətin vəziyyətə düşənlərə əl uzadırsan, kömək edirsən.
Səxavət, ibadətdən irəlidir deyirlər. Sən öz səxavətinlə, heç də ibadət edənlərdən geri qalmırsan. Mən də səni, Azərbaycanda tanınan xeyriyyəçi bir insan kimi, bir iş adamı kimi sevirəm və sənə çox böyük hörmətim vardır. Ona görə də səni özümə ən sadiq dost bilib, yanına gəlmişəm.
- Çox sag ol Əlizamin müəllim, təşəkkür edirəm, mənə dediyin bu səmimi sözlərinə görə. İndi mənə de görüm mənə görə nə qulluq, nə əcəb bizə təşrif buyurmusan?
- Bilirsən, Əliağa müəllim neçə illərdir imkan tapa bilmirəm ki, öz evimi təmir edim. Ev-eşik pis gündədir. Evə qonaq gələndə bir evə baxır, bir mənə. Görürüəm ki, təəccüblənirlər. Onların üzünə baxanda, ürəyini oxuyuram. Mənim barəmdə onlar ürəyində deyir, buna bax, tanınmış alim olasan, ona-buna ağıl öyrədəsən, onun yaşadığı evi gör nə gündədir düzü utanıram. Gəldim ki, heç olmasa evin qapı-pəncərəsini sənə sifariş verim. Bu sözləri Əliağa müəllim ondan eşidəndə dedi:
- Heç narahat olma, Əlizamin müəllim, narahatçılığa bir əsas yoxdur. Sən ancaq, bizə öz ev ünvanını ver, qalan işlərlə işin olmasın.
Əliağa bir xeyriyyəçi insan kimi, öz vəsaiti hesabına onun evini tam təmir elətdirmişdi...
Əliağanın başına toplaşan qohum əqrəbası onu sakitləşdirə bilmirdi. “Kor tutduğunu buraxmadığı kimi” o da ürəyində olan sözü dilinə gətirib, otaqda var-gəl edərək, təkrarən deyirdi:
- Mənim bu dünyada yaşamağım artıqdır, mən niyə ölmədim-dirildim, mən yaşamalı yox, ölməli insanam, ölməli.i.i!- deyə az qalırdı ki, hönkürüb ağlasın. Qohum-əqrabası da sakitcə dayanıb ona baxırdılar. Heç kəs cürət edib ona bir söz deyə bilmirdi.
Bu vaxt, Əliağanın qızı qaçaraq atasına yaxınlaşdı.
- Ata, yanına gələn var. Əlizamin müəllimdir ata, sənin dostun!
- Kim?-Əlizamin müəllim?
Bu adı eşidəndə, Əliağanın gözləri işıqlandı, ruhunda canlanma yarandı. Elə bil ki, bayaq özünə ölüm arzulayan o, deyildi. Tez qapıya sarı qaçdı. Bütün qohumlar bu işə mat-məətəl qaldılar. Sanki, evdə birdən-birə möcüzə baş vermişdi. Hamının üzü gülməyə başladı. Sevincdən anasının və arvadının gözləri yaşardı. Hamı qapıya tərəf boylandı.
Əlizamin müəllim içəri girəndə, Əliağa onun boynuna sarıldı. Başına gələn hadisələr onun beynində canlandı və onu bu ruhi sarsıntıdan xilas edən bir xilaskarın gəldiyini hiss edərək onu bərk-bərk qucaqladı. Hər iki dostun hıçqırtısı eşidildi. Bu dostların ağlamağını hiss edən qohumlar bu səhnəni görəndə onlar da ağladı.
Əlizamin müəllim, dostunu sakitləşdirdi və gözünün yaşını silərək oturdu. Və o, danışmağa başladı: - Vallah mənim bu hadisədən xəbərim olmayıb. Mən İranda ezamiyyətdə idim, dünən gəlmişəm. Axşam televizorda bu baş verən hadisəni eşitdim. Bizim orqan işçilərinin səyi və bacarığı sayəsində çox gərgin axtarışlardan sonra, cinayətkarlar yaxalanaraq məsuliyyətə cəlb ediliblər. Onların başçısı milliyətçə erməni olan Aşotun öz cinayətkar dostlarından oğurladığı pullar da musadirə edilib.
Azərbaycanda məşhur xeyriyyəçi və iş adamı olan Əliağa müəllimin hal-hazırda səhhəti yaxşıdır. Ona Allahdan can sağlığı arzulayırıq deyə aparıcı sözünü bu cümlələrlə tamamladı. Mən bu sözləri eşidəndən sonra, çox məyus olub, kədərləndim və tez özümü sənə çatdırdım. Bütün qohumlar Əlizaminin danışığına diqqətlə qulaq asır və üzünə sevinclə baxırdılar. O, davam etdi:- bilirsən qardaşım sən çox ruhi sarsıntılar keçirmisən, səhər tezdən gəldim ki, bir dost kimi sənə baş çəkim. Axı, sən həmişə mənim sözlərimə qulaq asmısan, mənə inanmısan. İnsan bu fani dünyada niyə yaşayır?. -O dünyasını qazanmaqdan ötrü., eləmi! Bəs, onu insan necə əldə edə bilər?
Ancaq və ancaq öz əməlləri ilə. Sən öz əməlinlə bunu qazanmısan qardaş. Belə olan surətdə sən bu vəfasız dünyadan bundan artıq nə gözləyirsən?
Bu dünya fanidir və heçdir!
İmamımız Həzrəti Əli (ə) bu dünyanı “leşə” bənzədib. O, dünya haqqında buyurur:
“Dünya – şər və pisliyin əkinidir”.
Gör müqəddəs kitabımız Quranda Allahtaala dünya haqqında nə buyurur:
“Bilin ki, dünya həyatı oyun-oyuncaq, əyləncə, bər-bəzək və sizlərin bir-birinə öyünməsidir”
(Hədid surəsi, ayə 20)
Belə olan surətdə bu dünyadan nə gözləmək olar?
Niyə sarsıntı içində üzürsən?-Sən artıq xeyirxah işlərinlə o dünyanı qazanmısan. Məgər səni ölümdən qurtaran o, (Allah) deyildimi?- Səni yenidən həyata qaytaran Rəbbin deyildimi?- Sənin başına gələn hadisələr gərdişində, sən əyilmək yox, şax durmalısan. Çünki, səni bütün bu şər qüvvələrdən qoruyan Allahdır. Necə ki, Allahtaala bu haqda Quranda buyurur:
“Əgər sizə Allah yardım etsə sizə heç kəs qalib gələ bilməz. (Yox) əgər (o) sizi köməksiz qoysa ondan sonra sizə kim kömək edəcəkdir. Möminlər gərək yalnız Allaha təvəkkül etsinlər”.
(Ali – imran surəsi, ayə 60)
Ona görə də, sənin həyatında başına gələn hadisələr, hər bir insanın başına gələ bilər. Bu baş verən hadisələr bütün insanlara örnək olmalıdır. Bir yaxın dost kimi, bir ilahiyyatçı alim kimi, mənim borcumdur səni bu sarsıntıdan, bu düşdüyün ağır vəziyyətdən çıxarım, kömək edim. Və dediyim odur ki, müqəddəslərin haqq yolu ilə getməklərini bir daha sənə deyim və sənin yadına salım! Bilməlisən haqq yolu, nicat yolu ancaq və ancaq onların getdiyi yoldur- Bu, Allah yoludur.
Bu müvəqqəti həyatda, bu nicat yolunda, haqq yolunda həmişə sənə uğurla addımlamağı ürəkdən arzulayıram. Sağlıqla yaşa əziz dostum, öpürəm səni deyib Əliağanı bağrına basdı. Və o öz dostluq borcunu yerinə yetirdiyinə görə dərindən nəfəs alıb, rahatlaşdı.

SON

Şahvələd