Azərbaycanda dərman istehsalı zavodu tikilir

sehiyye
19-09-2016, 14:21 947
Azərbaycanda dərman istehsalı zavodu tikilir
Azərbaycan-Rusiya birgə dərman istehsalı zavodunun tikintisinə cari ilin sentyabrında başlanacaq.
Bunu Trend-ə Rusiyanın "R-Farm" iri əczaçılıq şirkətinin kommersiya direktoru Andrey Burxanov bildirib.
O qeyd edib: "Zavodun sahəsi üçün iki potensial əraziyə baxırıq. Bu, Ələt qəsəbəsindəki azad ticarət zonası və Sumqayıt Kimya-Sənaye Parkıdır".
A.Burxanovun sözlərinə görə, tikinti işlərinə bu ilin sentyabrında start veriləcək, 2019-cu ilin sonunda isə istehsak layihə gücünə çıxmalıdır.
O əlavə edib ki, ilkin mərhələdə qablaşdırma istehsalının təşkili planlaşdırılır: "İkinci mərhələdə regional distribüter mərkəzi və laboratoriya olacaq. Üçüncü mərhələdə isə dərman vasitələrinin istehsalına başlanılacaq".