Kökəlmək istəyənlər üçün menyu

sehiyye
5-09-2016, 12:19 1322
Kökəlmək istəyənlər üçün menyu
Bir çox insan arıqlamağa çalışsa da, kökəlmək üçün can atanlar da az deyil. Milli.Az atv.az-a istinadən bildirir ki, bəziləri anadangəlmə arıqdır, bəziləri isə xəstəlik və stress səbəbindən kökələ bilmir. Oxucularımızın da xahişi ilə, kökəlmək üçün xüsusi pəhriz proqramı təqdim edirik.

Menyu:

Səhər yeməyi:
1 desert qaşığı bal və ya bəhməz
1 ədəd qaynadılmış yumurta
70 qram ağ pendir
5 qram kərə yağı
5 dilim qızardılmış çörək
10-15 ədəd qara zeytun
1 stəkan şirin süd

Ara yeməyi (10:30 - 11:00 arası)
1 stəkan meyvə suyu
4 ədəd biskvit

Nahar:
120 qram qaynadılmış ət və ya toyuq və kartof
Bol yağlı salat
5-6 yemək qaşığı plov
1 boşqab tərəvəz yeməyi
3 ədəd paxlava və ya xəmir şirniyyatı
250 qram qatıq
4 dilim qızardılmış çörək

Nahardan sonra (15:30 - 16:00 arası)
50 qram pendir
2 ədəd meyvə
2 dilim çörək

Axşam yeməyi:
1 kasa şorba
100 qram qızardılmış balıq və ya ət
1 boşqab tərəvəz yeməyi
3 dilim qızardılmış çörək
1 kasa südlü desert
8-10 ədəd quru qaysı

Gecə(21:30 - 22:00)
30 qram pendir
1 dilim çörək
1 böyük stəkan ballı süd
Qeyd: Bu hər kəsin asanlıqla əməl edə biləcəyi pəhrizdir. Pəhrizdən sonra da kilo almasanız, mütəxəssis yanına getməyiniz məsləhətdir.