Dondurmadan boğaz ağrıya bilər?

sehiyye
10-08-2016, 11:54 1078
Dondurmadan boğaz ağrıya bilər?
Bir çox valideynlərin fikrinə görə, dondurma və soyuq su boğaz iltihabının, anginanın əsas səbəbləridir.
Saglamolun.az-a istinadən, uşağın boğazı ağrıyanda ilk suallardan biri "soyuq nə yeyib və ya içib?" olur. Lakin bu belə deyil. Anginanın səbəbi mikroblardır. Mikroblar, təbii ki, dondurmadan uşağın ağzına düşmür. Sadəcə çox soyuq buzlu dondurma və ya su yerli immunitetin zəifləməsinə gətirib çıxardır ki, ağız boşluğunda yaşayan və adi halda bizə ziyan vurmayan mikroblar aktivləşərək iltihaba səbəb ola bilər.
Təbii ki, çox soyuq dondurma və ya su hətta böyüklər üçün də faydalı sayıla bilməz. Lakin isti yay günlərində bir az ərimiş dondurma uşağınıza heç bir ziyan vurmayacaq. Əksinə əsl müalicəvi təsir edəcək.
Bir çox LOR həkimləri tez-tez boğaz iltihablarından əziyyət çəkən uşaqlara yayda dondurma və sərin su verməyi, sərin su ilə boğazını yaxalamağı tövsiyə edirlər. Bu boğazın möhkəmlənməsinə kömək edəcək və uşaq soyuq fəsillərdə daha gec-gec xəstələnəcək.
Tanınmış ukraynalı pediatr Komarovskiy də bu fikirlə razıdır və uşaqlara boğaz iltihabları profilaktikası məqsədi ilə dondurmanı verməyi tövsiyə edir.
Uşaqlara dondurma aldıqda yaxşı ağ plombir seçin. Ev şəraitində də uşaqlar üçün çox dadlı dondurma hazırlaya bilərsiniz.