Şuşa Dövlət Musiqili Dram Teatrının mövsüm bağlanışı oldu

yazarlar
13-07-2016, 14:14 1348
Şuşa Dövlət Musiqili Dram Teatrının mövsüm bağlanışı oldu
Azərbaycanda bu gün fəaliyyət göstərən musiqili dram teatrlarından biri, Qarabağ mədəniyyətinin canlı yadigarı - Şuşa Dövlət Musiqili Dram Teatrının dünən 142-ci mövsümü bağlanışını etdi.
Bu dram teatrı “Azərsun Holdinq” Şirkətlər Qrupunun Mədəniyyət Mərkəzində Azərbayan dramaturgiyasının banisi C. Cabbarlının “Solğun çiçəklər” tamaşası ilə mövsümi işinə nöqtə qoymalı oldu.
Tədbirdə ilk söz teatrın təşkilatçısı Elnurə xanım teatr haqqında söylədikdən sonra sözü Şuşa İH-nin müavini Vüsalə Fətəliyevaya verdi. Natiq bildirdi ki, bu teatr uzun və mənalı bir yol keçmişdir. Və keçdiyi yola nəzər saldıqda bir daha görürsən ki, teatrımızda yüzlərlə tamaşaçı alqışına səbəb olan maraqlı əsərlər oynamışlar. Bu gün də bu teatr öz formasından düşməmişdir. Kollektiv də çox sağlam kollektivdir.
Vüsalə xanımla bərabər teatrın direktoru Əməkdar artist Yadigar Muradov da kollektivə müvəffəqiyyətlər arzuladı. Kollektivin uğurlarından fərəhlə söz açdı.
Sonra “Solğun çiçəklər” tamaşasına baxış başladı. Güclü tamaşaçı alqışı ilə qarşılandı. Bu tamaşada aktyorlardan Rasəf Mehdiyev (Bəhrəm), Xanirə İsgəndərova (Gülnisə), Zahid Mehdiyev (Ədbül əmi), Dürdanə Dünyamalıyeva (Sara), Vüsalə Məmmədzadə (Pəri) obrazlarını məharətlə oynadılar və tamaşaçıların dərin rəğbətini qazandılar.

Realfakt.az əməkdaşı Ağcayeva Leyla