Azərbaycanda virus yayıla bilər

sehiyye
4-07-2016, 14:47 1163
Azərbaycanda virus yayıla bilər
Yay aylarında uşaqlarda mövsümə uyğun xəstəliklər müşahidə edilir.
Bunu azvision.az-a Respublikanın baş pediatrı Nəsib Quliyev deyib. O qeyd edib ki, yay mövsümündə uşaqlarda mədə-bağırsaq pozğunluqları, günvurma halları tez-tez müşahidə edilir.
Baş pediatrın sözlərinə görə, kəskin resperator virus yayıla bilər: "Yay aylarında qış fəslində olduğu kimi kəskin resperator virus infeksiyası da müşahidə edilə bilər. Lakin bizə bununla bağlı müraciət edən xəstələr olmayıb. Yəni, bu virusa görə uşaqlar arasında xəstələnmə halları hər kəsin qeyd etdiyi kimi geniş yayılmayıb. Olsaydı, biz bunu daha tez müşahidə edərdik və məlumat verərdik", - deyə baş pediatr vurğulayıb.