Yeni nəşrlər:Maraqlı dərslik və tədqiqat əsərləri işıq üzü gördü

yazarlar
7-06-2016, 16:30 3575
Yeni nəşrlər:Maraqlı dərslik və tədqiqat əsərləri işıq üzü gördü

Xatirə Abdullayeva. Azərbaycan ədəbi dilinin Cənub qolu. Bakı, "Gənclik" 2016, 264 s.

Mühacir Cənubi Azərbaycan şairlərinin dili əsasında yazılmış bu dərs vəsaitində Azərbaycan ədəbi dilinin cənub qolu araşdırılırmışdır. Tədqiqat obyekti olaraq cənub şeirinin leksik mənzərəsi ilk növbədə türk mənşəli sözlər, daha sonra alınmalar, sovetizmlər, coğrafi adlar, qədim türk leksik qatı, dialektizmlər, həmçinin Cənub şeirinin frazem potensialına istinadən izlənilmiş və bu dil faktları üslubi imkamları ilə birgə təqdim olunmuşdur. Təhlillər şimal və cənub dil mühitinin müqayisələri üzərində qurulmuşdur. Dərs vəsaiti, ümumən filoloqlar, konkret olaraq türkoloqlar, dil tarixçiləri, magistrantlar, eləcə də ali məktəb tələbələri üşün faydalı ola bilər.



Xatirə Abdullayeva. Azərbaycan Dilinin Vokal Sisteminin tarixi. Bakı. "Gənclik" 2016, 144 s.

Yeni nəşrlər:Maraqlı dərslik və tədqiqat əsərləri işıq üzü gördüDərs vəsaiti dilimizin fonetik quruluşunun tarixi aspektdə öyrənilməsinə həsr edilmişdir. Tədqiqat obyekti olaraq vokal sistem, yəni saitlər sistemi seçilmiş və onların tarixi inkişaf yolu izlənilmişdir. Dilimizin vokal sistemində yer alan saitlər klassik yazılı abidələrimizin dilinə əsasən araşdırılmışdır. Tədqiqat işi tarixi-müqayisəli təhlillər üzərində qurulmuşdur. Dərs vəsaiti ümumən filoloqlar, konkret olaraq türkoloqlar, dil tarixçiləri, magistrantlar, eləcə də ali məktəb tələbələri üçün faydalı ola bilər.