Xanımların diqqətinə: aldanmayın - FOTO

sehiyye
26-05-2016, 13:45 1209
Xanımların diqqətinə: aldanmayın - FOTO
Yaydır və xanımlar Günəş şüalarının zərərli təsirindən qorunmaq üçün müxtəlif kremlərdən, kosmetik vasitələrdən istifadə edir, kosmetik maskalar vasitəsilə dərilərini qorumağa çalışırlar.
Lakin geniş reklam olunan, "Günəş şüalarının zərərli təsirindən ən effektiv müdafiə vasitəsi" kimi təqdim edilən losyonlar, kremlər, makiyaj vasitələri əslində heç bir kömək etmir.
Daily Mail-ə istinadən, ən məşhur parfümeriya brendələrinin istehsalı olan belə vasitələr üz dərisinə çəkiləndən sonra xanımların simalarının fotoları ultrabənövşəyi spektrdə çəkilib.
Göründüyü kimi, gün kremləri, losyonlar, makiyaj vasitələri üz dərisini Günəşin zərərli şüalarından əsla qorumur.
Günəş şüalarından qorunma əmsalı (sun protection, SPF) 20 kimi reklam edilən vasitələrdə bu göstəricinin əslində 5-dən artıq olmadığı bəlli olub.