Ayaq göbələklərinin yaranma səbəbi və müalicəsi

sehiyye
25-05-2016, 14:51 1676
Ayaq göbələklərinin yaranma səbəbi və müalicəsi
Ayaq dərisinin və dırnaqlarının göbələk xəstəlikləri insanın infeksion xəstəlikləri qrupuna aiddir. Göbələk infeksiyaları (mikozlar) müxtəlif olur, lakin dəri və dırnaqları zədələyən mikozlar ən çox yayılmışlarıdır. Bu infeksion xəstəlik insandan insana keçir.

Yaranma və çoxalma mühiti
Göbələklər neytral və ya zəif qələvilik mühitində çoxalırlar. Göbələklərin əmələ gəlməsi üçün PH göstəricisinin 6 - 6.7 olması münasibdir. Qeyd etmək lazımdır ki, sağlam insanın dərisinin PH səviyyəsi 5.5-dir. Belə ki, turş mühit göbələklər üçün əlverişli deyil.

Artıq tərləmə göbələk riskini artırır, dəri örtüyünün qapalı yerlərində tərin buxarlanması çətinləşir və bu nəm mühitdə göbələklər əmələ gəlir.

Göbələklər aşağı dərəcələri asanlıqla keçirirlər. Onlar hətta donmadan sonra da xəstəliyi inkişaf etdirmək qabiliyyətinə malikdirlər.

Göbələklərin əmələ gəlməsi və çoxalması rütubətli mühitdə baş verir. Buna görə artıq tərləmə və yaş ayaqqabılar göbələk xəstəliklərinin əmələ gəlməsinin əsas səbəbləridir. Ayağın göbələk infeksiyasına tutulmasının əsas faktorları üzgüçülük hovuzları və ictimai hamamlardır. Belə ki onların nəm döşəmələrində göbələklərin mövcudluğu üçün münasib şərait var. Zədələnmiş dəridən qopan quru tük və qabıqlarda göbələklər illərlə yaşama qabiliyyətini saxlayırlar. Misal üçün bunlar yerdə, xalçalarda, paltarlarda və ayaqqabılarda illərlə qalsa, sonradan münbit şəraitə düşərək (insan dərisinə) yenidən çoxalma və artma qabiliyyətinə malik olur. Göbələklər qurulamanı yaxşı keçirirlər. Bu onları öldürmür, sadəcə bir müddətlik onların inkişafının və çoxalmasının qarşısını alır.
Göbələk xəstəlikləri əsasən böyüklərdə baş verir və əsas səbəblərdən biri kimi də dərinin PH səviyyəsinin yaşlandıqca dəyişilməsi, epidermis qatının qalınlığı və strukturunun dəyişməsi, dərinin immun qorunmasının zəifləməsi ilə əlaqəlidir. Göbələk xəstəliklərinin əmələ gəlməsində piylənmə, şəkər xəstəliyi, böyrəküstü vəzi xəstəliyi, qalxanvari vəzin xəstəliyi, mədə-bağırsaq xəstəliklərilə müşahidə olunan maddələr mübadiləsinin dəyişilməsinin böyük əhəmiyyəti var.

Ayaq göbələyi
Ayaq göbələyi zəhərli maddələri sintezləşdirir, bu da o deməkdir ki, orqanizmdə toksinlər yığılır. Pəncə göbələyinə yoluxmuş insandan bu xəstəliyə yoluxmaq mümkündür. Ətrafdakılar və birinci növbədə ailə üzvləri üçün bu infeksiyalara yoluxma üçün vasitələr manikür, pedikur əşyaları, dəsmal, ayaqqabı, corabdır. İctimai yerlərdə - üzgüçülük hovuzları, idman zalları, soyunma otaqları, sauna kimi yerlərdə isə yoluxmuş dəri qabıqları yaş yerə düşərək digər insanların dərisinə asanlıqla keçir.
Həmçinin pəncə göbələyi ayaqda qan dövranı pozuntusundan, artıq çəkidən və pəncənin deformasiyasından əziyyət çəkənlərdə də mümkündür.

Ayaqların bu xoşagəlməz canlılardan qorunmasına gəlincə müxtəlif göbələkəleyhinə preparatlardan istifadə olunur.

Protivoqribkovıy gel xaricə tətbiq etmək üçün qaşınma, bakteriya və göbələkəleyhinə preparatdır. Protivoqribkovıy gel ayaqdakı patogen göbələk hüceyrəsini məhv edir. Ayaqdakı qaşınmanı, barmaqlararası sulanmanı aradan qaldırır. Dəri səthində olan patogen mikrofloraya bakterisid təsir göstərir, göbələklə zədələnmiş dərinin daha dərin qatlarına təsir göstərir. Protivoqribkovıy gel aşağıdakı göbələk formalarına təsir göstərir:

Epidermophyton sp.

Candida albicans

Microsporum canis

Trichophyton rubrum

Göbələk infeksiyalarının böyük əksəriyyətinin törədicisı Candida albicans göbələkləridir (60-80%).

Protivoqribkovıy gel patogen göbələklərin sitoplazmatik membranını zədələyərək onun keçiriciliyini pozur, nəticədə göbələk hüceyrəsi məhv olur.

Protivoqribkovıy gel gündə iki dəfə nazik qatla göbələklə zədələnmiş nahiyəyə çəkilir.

Sifariş üçün *7700 nömrəsinə və ya aptekonline.az səhifəsinə müraciət edə bilərsiniz.