Beli ağrıyanlar bunları etsin - 7 İDMAN HƏRƏKƏTİ

sehiyye
8-04-2016, 13:21 1254
Beli ağrıyanlar bunları etsin - 7 İDMAN HƏRƏKƏTİ
Kompüter arxasında işləmək, yanlış vəziyyətdə oturmaq, ya da gündəlik etdiyimiz bəzi hərəkətlər bel ağrılarına səbəb olur. Sağlam onurğaya qovuşmaq və bel ağrılarından qurtulmaq üçün edə biləcəyiniz 7 sadə idman hərəkətini bir araya gətirdik. Aile.lent.az evdə edə biləcəyiniz onurğa hərəkətlərini təqdim edir.

Arxası üstə uzanın. Sağ ayağınızı dizdən bükün. Sol ayağınızı başınıza doğru qaldırın. Ayağınızı dizinizin altından iki əlinizlə tutub gövdənizə doğru çəkin. Bu hərəkəti edərkən 30 saniyə gözləyin. Hərəkəti hər iki ayağınız üçün edin.

Arxası üstə uzanın. İki ayağınızı dizdən bükün. Sol ayağınızı hər iki əlinizlə dizinizin çevrəsindən qucaqlayın və gövdənizə doğru çəkin. Belə 20 saniyə gözləyin. Hər iki ayaq üçün edin.

Arxası üstə uzanın. Sağ qolunuzu düz olaraq yana uzadın. Sol ayağınızı da düz duracaq şəkildə uzadın. Sağ dizinizi sol tərəfinizə doğru, təxminən sol əlinizə dəyənə kimi əsnədin. Bu vəziyyətdə 20 saniyə gözləyin. İdmanı hər iki ayaq üçün edin.

Arxası üstə uzanın. Sol ayağınızı dizdən bükün. Sağ ayağınızın alt qismini sol ayağınızın dizinin üzərinə qoyun. Sol ayağınızı özünüzə doğru çəkin. Belə 20 saniyə gözləyin.

Sağ dizinizi yerə dayayın. Sol dizinizi bükün. Belə 30 saniyə gözləyin. Ayaqları dəyişdirib hərəkəti təkrarlayın.

Sağ tərəfiniz üzərində uzanın. Sol ayağınızı dizdən qırın və ayaq biləyinizi sol əlinizlə tutun. Biləyinizi əlinizlə diqqətlə çəkərək sol tərəfdəki əzələlərinizin dartılmasına çalışın. Onurğanız çox bükülməməlidir. Belə 30 saniyə gözləyin.

Aranızda bir qol boyu məsafə olacaq şəkildə masanın yanında durun. Ayaqlarınızı dizdən azca bükün. Hər iki əlinizlə masanın kənarına toxuna biləcəyiniz nöqtəyədək üst bədəninizi önə doğru əyin. Qollarınız gərgin, başınız da çiyin səviyyəsində olmalıdır. Bu vəziyyətdə 10 saniyə gözləyin. Ayağa qalxın və öncə bir tərəfə, sonra digər tərəfə doğru əyilin.