Azərbaycanda “donuz qripi”nə görə 460 nəfər yoxlanılıb

sehiyye
15-02-2016, 11:39 976
Azərbaycanda “donuz qripi”nə görə 460 nəfər yoxlanılıb Yanvar ayının 1-dən bu günə kimi 460 nümunə Stansiyaya qəbul olunub, yoxlamalar nəticəsində həmin nümunələrdə “donuz qripi” aşkar edilməyib”. Bu sözləri açıqlamasında Respublika Taun Əleyhinə Stansiyanın Xüsusi təhlükəli yoluxucu xəstəliklərin epidemiologiyası şöbəsinin müdiri, tibb elmləri namizədi Rita İsmayılova deyib. O qeyd edib ki, ölkədə vəziyyət nəzarət altındadır və tədbirlər davam etdirilir.
“Ötən ayla müqayisədə Stansiyaya müraciət edənlər arasında azalma müşahidə edilir. “Donuz qripi” aşkar edilməyən qan yaxmalarında kəskin viruslar içərisində Aden virusu, RS- resperatur sinsisiyal viruslar aşkar edilib. Bunlar dövr edir. Bizə paytaxt Bakı ilə yanaşı, bölgələrimizdən də müraciətlər daxil olur.
Hal-hazırda bütün müəssisələrdə, məktəblərdə, ali təhsil müəssisələri, məktəbəqədər uşaq müəssisələrində dezinfiksiya işləri davam edir. Qonşu ölkələrdə vəziyyət gərgin olduğu üçün tədbirlər dayandırılmayıb, bir az ciddiləşdirilib, maarifləndirmə işləri aparılır”, deyə R.İsmayılova əlavə edib.