Rusiya-Azərbaycan sərhəddində donuz qripi həyəcanı

sehiyye
5-02-2016, 06:40 1024
Rusiya-Azərbaycan sərhəddində donuz qripi həyəcanı Yalama gömrük keçid məntəqəsi sanitar-karantin müfəttişliyi qatarlarda təhlükəsizlik tədbirlərinə başalyıb.
Azərbaycan-Rusiya sərhədindəki Yalama dəmiryolu gömrük keçid məntəqəsində “H1N1” virusunun ölkəyə daxil olmaması üçün qabaqlayıcı tədbirlərə start verilib. Rusiya vasitəsilə Ukraynadan gələn sərnişin qatarında donuz qripinə qarşı gömrük əməkdaşlarının gördüyü müvafiq təhlükəsizlik tədbirlərini yerində izləyib.
Ukraynadan gələn Xarkov-Bakı sərnişin qatarı Rusiya sərhədindən Azərbaycan ərazisinə daxil olan kimi Yalama dəmiryolu gömrük keçid məntəqəsinin sanitar-karantin müfəttişliyinin əməkdaşları sərnişin qatarında təhlükəsizlik tədbirlərinə başalyıblar.
Sanitar-karantin müfəttişləri qatarın giriş-çıxış, eləcə də dəhliz hissələrini dezenfeksiya etdi. Onlar qatar heyəti və sərnişinlərlə sorğular apararaq xəstəliyə meylli insanların olub olmaması ilə maraqlanıb və onların hərarətlərinin olub olmamasını yoxlayıb.
Yalama Dəmiryolu Gömrük keçid məntəqəsinin Sanitar Karantin Həkimi Hafiz Hafizov bütün qatarların yoxlanıldığını, hələlik belə bir xəstə aşkar olunmadığını bildirib.
Xarkovdan gələn qatarın heyəti və sərnişinlər də yolboyu donuz qripi ilə bağlı təhlükəli hal hiss etmədiklərini dedilər.
Qatar rəisi Telli Ağayeva hər hansı bir təhlükəli halla qarşılaşmadıqlarını deyib: “Xarkovdan gəlirik, hazırda sərhəddimizi keçmişik və ölkəmizə daxil olmusuq. Yolboyu bütün sərhədlərdə həkim nəzarətindən keçdik. Bizim sastavda hec bir xəstə olmayıb.”
Qatar tam yoxlanıldıqdan sonra paytaxta yola düşdü.
Xaçmaz Gömrük idarəsi Yalama Dəmiryolu Keçid Məntəqəsinin rəisi Valid Nəsirov Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyevin əmri ilə xüsusi tədbirlər planı hazırlandıqını bildirdi. Buna səbəb Azərbaycanla həmsərhəd olan ölkələrdə donuz qripi virusunun geniş yayılmasıdır.
“Gömrük Komitəsi rəhbərliyinin tapşırırığına əsasən donuz qripinin Azərbaycanda yayılmasının qarşısını almaq məqsədilə, profilaktik tədbirlər çərçivəsində gücləndirilmiş iş rejimində işləyirik.” - deyə rəis Valid Nəsirov bildirib.
Gücləndirilmiş iş rejimi regionda donuz qripi təhlükəsi aradan qalxanadək davam edəcək.