Zika virusundan turizmə zərbə

sehiyye
3-02-2016, 06:14 854
Zika virusundan turizmə zərbə Latın Amerikası ölkələrinə nəzərdə tutulan bir çox tur dayandırılıb.
Turizm sənayesi Latın Amerikasında sürətlə yayılan zika epidemiyaının fəsadlarına hazırlaşır. Sarı ağcaqanadla ötürlən virus artıq turizm şirkətlərin ciddi ziyan vurmağa başlayıb. ABŞ-ın turizm sığorta şirkəti olan “Roam-Rite”ın məlumatına görə yanvar ayında Latın Amerikasına səyahətlə bağlı “sığorta po’lisi” alanların sayı 81 faiz azalıb.
ABŞ-dan Braziliyaya və virusun geniş yayıldığı digər Cənubi Amerika ölkələrinə bir çox hava reysləri təxirə salınıb. Aviaşirkətlər səfər planları alt-üst olan sərnişinlərə biletin tam qiyməti həcmində kompensasiya verməyə söz verir.
Bundan əvvəl ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi amerikalı hamilə qadınları qeyd olunan təhlükəli zonalara səfər etməməyi tövsiyyə edib, artıq həmin ölkələrdə olanları isə ağcaqanadlara qarşı repellentlərdən istifadə etməyə çağırıb.
Bu il geniş yayılan virusla əlaqədar Braziliyada başlayacaq Rio karnavalına daha az xarici turistin qatılacağı gözlənilir. Zika virusu Braziliya turizmlə yanaşı ölkənin iqtisadiyyatına da ağır zərbə vura bilər. Belə ki qarşıda daha geniş layihə və tədbirlə o cümlədə Yay Olimpiya Oyunları var.