Zəlimxan Yaqub xəstəxanaya yerləşdirilməyib

yazarlar
17-12-2015, 13:31 1509
Zəlimxan Yaqub xəstəxanaya yerləşdirilməyib “Saytlarda oxuyuruq, yazırlar ki, Zəlimxan müəllim xəstəxanaya yerləşdirilib. O, dünən xəstəxanaya yerləşdirilməyib. Sadəcə, bir saatlıq müayinə üçün xəstəxanaya gedib. Müayinəyə hər zaman gedir. Amma xəstəxanaya yerləşdirilmək başqa məsələdir”.
Bu sözləri bir neçə ildir böyrək çatışmazlığından əziyyət çəkən xalq şairi Zəlimxan Yaqubun ailəsindən bildiriblər. Deyiblər ki, şairin xəstəxanaya yerləşdirilməsi ilə bağlı yazılanlar səhvdir.
“Şükür Allaha, əvvəl necə idisə, indi də elədir. Səhhətində ağırlaşma olmayıb. Dünən, sadəcə, bir saatlıq müayinəyə getmişdik. İndi evdə müalicələrini davam etdirir.