Tibb Universitetinin tələbələri bu virusa görə yoxlandılar

sehiyye
17-12-2015, 13:28 1060
Tibb Universitetinin tələbələri bu virusa görə yoxlandılar Azərbaycan Tibb Universitetində (ATU) "QİÇS-lə mübarizə" adlı aksiya keçirilib. ATU-dan verilən məlumata görə, Respublika QİÇS Mərkəzi ilə ATU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsinin birgə təşkilatçılığı ilə baş tutan aksiyanın məqsədi gənc tələbələri bu xəstəlik barədə məlumatlandırmaqdır.
Kampaniya çərçivəsində ATU-da İmmun Çatışmazlığı Virusuna (İİV) səbəb olan xəstəliklə bağlı müayinə məntəqəsi təşkil olunub. Burada universitetin 450-yə yaxın tələbəsi İİV virusundan yoxlanmaq üçün ekspress testdən keçib. Hər kəsə 15-20 dəqiqə ərzində İİV infeksiya daşıyıcısı olub-olmadığı barədə test cavabları təqdim olunub.
Səhiyyə Nazirliyi Respublika QİÇS Mərkəzi bənzər aksiyanı Bakı və regionlarda yerləşən ali təhsil ocaqlarında, ticarət mərkəzlərində, avtovağzallarda, dövlət və özəl sektor müəssisələrində və digər obyektlərdə keçirir. Kampaniya profilaktik və maarifləndirmə məqsədi daşıyır.