Hələ çiynimizdədir uğurlu əlin sənin (ulu öndərimiz H.Əliyevin əziz xatirəsinə həsr olunur)

yazarlar
11-12-2015, 15:32 1733
Hələ çiynimizdədir uğurlu əlin sənin (ulu öndərimiz H.Əliyevin əziz xatirəsinə həsr olunur) Ömrün şirin bir nəğmə
Həyatın tarix dərsi.
Belə ömür yaşamaq
Arzusudur hər kəsin
Qoy bu tarix dərsini
Bütün cahan oxusun
Azərbaycan dinləsin,
Azərbaycan oxusun.
Azərbaycan oxusun
Dastanlara sığmayan
Bir ömrün nəğməsini
Azərbaycan oxusun
Bu ömrün 80 illik
Hünər səlnaməsini.
Azərbaycan dinləsin
Ulu haqqın səsini.
Bu səs sənin səindi
Səslənir qulağımda
Quran ayəsi təki.
Bu səs sənin səsindi
Oxuyur dodağımda
Zəfər nəğməsi təki.
Bu səs sənin səsindi
Titrədir salonları
mərmi zərbəsi təki.
Yenə səni dinləyir
Vətənin, elin sənin.
Hələ çiynimizdədir
Uğurlu əlin sənin.