Apteklərin fəaliyyəti dayandırıldı

sehiyye
11-12-2015, 09:52 1138
Apteklərin fəaliyyəti dayandırıldı Əczaçılıq bazarından 2 min 874 qutu dərman preparatı satışdan çıxarılıb.
Ölkədə apteklərdə aparılan qiymət islahatları ilə yanaşı vaxtaşırı yoxlamalar da aparılır.
Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin direktoru Murad Süleymanovun kütləvi informasiya vasitələrinə verdiyi məlumatda deyilir ki, planlı və plandan kənar keçirilən yoxlamalar qeydiyyatsız dərmanların satışına dair əhalidən daxil olmuş müraciət və şikayətlər əsasında aparılır.
İl ərzində 113 aptekdə aparılan reydlər nəticəsində 4 aptekin qanunsuzluqlar aşkarlanıb və onların fəaliyyəti dayandırılaraq sahiblərinə qanunvericiliyə uyğun olaraq protokollar tərtib edilib.
Bundan başqa əczaçılıq bazarından 835 adda 2 min 874 qutu qeydiyyatsız və dövlət nəzarətindən keçməmiş dərman preparatları satışdan çıxarılıb.
Analitik Ekspertiza Mərkəzi bu cür yoxlamalar mütəmadi olaraq aparacaq. Bu məqsədlə plan hazırlanıb.
Həmin plana əsasən, ilk növbədə Azərbaycan Respublikasında ilk dəfə dərman vasitələrinin dövlət qeydiyyatına alınması məqsədilə müraciət edən istehsalçıların və idxal zamanı dərman vasitələrinin keyfiyyətində normativ sənədlərin tələblərilə uyğunsuzluq aşkar edilmiş istehsalçıların yoxlanılması nəzərdə tutulub.