Ustad olmaq arzusunda

yazarlar
10-12-2015, 12:50 1523
Ustad olmaq arzusunda Əlfəddin Kərimov “ Təbiət və onun qanunları qaranlıq pərdə ilə örtülmüşdü.” Yaradan dedi: “ Nyuton olsun! Nyuton oldu və aləm nura boyandı.” Dahi alim İsaak Nyutonun anadan olduğu otağın divarında mərmər lövhə üzərində həkk olunan bu fikirlər çox düşündürücüdür. Doğrudan da, hər bir insan özünəməxsus bir missiya ilə Yer üzünə gəlir. Kimisi qaranlıq, yalan içində üzən gəmi ilə, kimisi də işıq, həqiqətlə dolu gəmi ilə. İşıq, həqiqətlə dolu gəmi Yer üzündə xeyir, bərəkət, sülh, əmin-amanlıq, xoşbəxtlik yaradır, qaranlıq, yalanla dolu gəmi isə, faciələr, müsibətlər, işgəncə ilə dolu müharibələr doğurur. Mən deyərdim ki, əzablarla dolu, alçaldıcı köçkün həyatını bizim xalqın taleyinə gətirən mənfur erməni xalqı da bütövlukdə qaranlıq, yalan içində üzən bir gəminin sərnişinləridir. Kaş “ həqiqət okeanı”nda heç vaxt belə gəmilər üzməyəydi, mənim xalqım kimi sülhsevər, əzmkar, həyat eşqi ilə yaşayan xalqlar öz gözəl missiyaları ilə rahatlıq tapaydılar, Yer üzünü cənginə alan müharibə, od-alovadan uzaq olaydılar. Doğma vətən torpağında doğmalarla rahat bir ömür sür-məkdən gözəl nə ola bilər ki? Vaxt var idi, biz də əziz yurdumuz olan Laçın torpaqlarında rahat bir ömür sürərdük, doğmalarımızın əhatəsində qurar, yaradar, ömrümüzün mənasını ruh oxşayan torpaqlarımızda tapardıq. Laçında doğulub, bu torpağın ətrini duyan hər
bir laçınlı üçün bu torpaqdan ayrı düşmək çox ağır faciədir. Mən sızə Laçın torpağında göz açan, doğulduğu gündən də doğmaların sevimlisinə çevrilən, həzin nəğmələri ilə sanki yurd həsrətini özü ilə daşıyan bir laçınlı balasından – Əlfəddin Kərimovdan söhbət açmaq istəyirəm. Əlfəddin Kərimov 9 dekabr 1991-ci ildə Laçın rayonu Mişni kəndində anadan olub. Körpə-likdən sevilən bu uşaq elə ilk yaşından sanki özü-özünə layla çalaraq həyata ilk addımlarını atırdı. Lakin məlum Qarabağ müharibəsi çox laylaları susdurdu, çox körpələri həyatdan küsdürdü, çox faciələrə yol açdı, Əlfəddin kimi neçə-neçə körpənin həyatına köçkünlük yazdı.
Əlfəddin də təbiəti bizə tamamilə yad olan torpaqlarda məcburən yaşamalı oldu, böyüdü, lakin bu həyat onun musiqiyə marağını tam söndürə bilmədi. “Qarabağ bülbülləri” qrupunda Murad Rzayevin rəhbərliyi altında altı il zəngulələri ilə zövq oxşadı. Bu qrupun hər konsertində yekunda “Qarabağ şikəstəsi”ni birgə oxumaq ona böyük zövq verdi. Ən çox da Ağdamın müharibə şəraitində olan Quzanlı kəndində əsgərlərimizə verdikləri konsertlər onda böyük təəssüratlar oyadıb. Özünün dediyi kimi “ Quzanlıya hər gedəndə elə oxumaq istəyirdik ki, bəlkə səsimizi muğamın beşiyi olan Ağdam, Şuşa eşidə. Ermənilərin lənətə gəlmiş səslərindən onsuz da bezmiş qərib olan torpaqlarımız azca da olsa muğamın səsi ilə nəfəs ala, dirçələ”. Əsgərlərimizə “ Qarabağ bülbülləri “ olaraq qışda da bahar gətirən, yurdumuzun gözəlliklərini körpə bülbüllərin səsi ilə aşılayan, onlara bu gözəllikləri bir daha sevib qorumaqda, vətənin keşiyində layiqincə xidmət göstərməkdə xüsusi əhəmiyyəti olan bu tarixi missiyanın həyata keçirilməsində Əlfəddin öz iştirakından çox qürur duyur. İTV, AZ.TV, Lider, Samanyolu kanallarında “ Qarabağ bülbüləri “ qrupunda bir qarabağlı, bir laçınlı kimi çıxışlarından çox məmnundur. 2009-cu ildə Laçın rayonu 7 №-li tam orta məktəbi bitirdikdən sonra əsgəri xidmətə yolla-nan Əlfəddin bu şərəfli yolda da öz sözünü layigincə dedi. Dəfələrlə əsgərlərimizin qarşısında çıxış etdi, əsgərlərimizin ruhunu oxşadı, onların əzmkarlıq ruhuna yeni bir ruh qatdı. Məhz bu çalışqanlığı, vətənə məhəbbətlə dolu bağlılığı hərbi komandanlığın gözündən yayınmadı. Mülki müdafiə qoşunlarının hərbi hissələri arasında keçirilən “ Ən yaxşı kimyaçı “ yarışmasında birinci yeri tutduğuna görə, FHN-in hərbi hissəsinin şəxsi heyətinin milli və hərbi vətənpərvərlik hisslə-rinin gücləndirilməsi istiqamətində fəaliyyətinə və xidmətinə və s. görə Fəxri Fərmanlarla təltif olundu. Əsgərlik xidmətindən sonra onun musiqiyə marağı onu 2012-ci ildə Azərbaycan Mədəniy-yət və İncəsənət Universitetinə aparıb çıxardı. Hal-hazırda bu təhsil ocağında “ Solo oxu “ fakultəsində
Ustad olmaq arzusunda
Bəsti Sevdiyevanın sinfində muğam sənətindən təhsil alır, üşüncü kurs tələbəsidir. Xeyriyyə tədbirləri və konsertlərində lirik mahnıları və muğamlarımızla çıxış edən Əlfəddin həm də tez-tez kimsəsiz, əlil və qüsurlu uşaq evlərində, qocalar evində çıxışlarından böyük qürur duyur. Dəfələrlə Fəxri Fərman, diplom, şəhadətnamə və sertifikatlarla təltif olunan Əlfəddin sonuncu dəfə yaxın günlərdə Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası və Qızıl Aypara cəmiyyətinin təşkilatçılığı ilə Dağıstanın Dərbənd şəhərində “ Azərbaycan Milləti-Ailə “ adlı Beynəlxalq layihə çərçivəsində Səməd Vurğunun əsərləri ilə bağlı tədbirdə iştirak edib və fəal iştiraka görə sertifikat və hədiyyələrlə təltif olunub. Əlfəddin Kərimov Azərbaycan Mədəniyyət və İncəsənət Universitetində Heydər Əliyevin 90 illiyinə həsr edilmiş tədbirdə fəal iştirak edərək fəxri fərmanla təltif edilib. Hal-hazırda sənətkarlıq baxımından sənət yollarında püxtələşməyə doğru Əlfəddin Kərimov yorulmadan çalışır, səsyazma studiyalarında yazdırdığı mahnılarını sosial şəbəkələrdə yayımlaya-raq həm dostlarının, həm də onu sevənlərin dəstəyini qazanmaq və onların gələcəyin xanəndəsi olacaq Əlfəddin Kərimova münasibətini öyrənmək istəyir. Bu yolda onun çox sevdiyi laçınlılara, onların dəstəyinə böyük ehtiyacı var. Onunla söhbət etdikcə, Laçın torpağını, onun istiqanlı insanlarını necə sevdiyinin şahidi olursan. Dövlətimizlə, xalqımızla bağlı rayon tədbirlərində iştirakçı olarsa, bu işindən daha çox qürur duyacağını söyləyir. Ən böyük arzusu öz gözəl zəngulələri ilə Azərbaycan xalqının milli musiqisindən ötrü çox darıxmış itirilmiş torpaqlara ayaq basmaq, torpaqlarımızın isti nəfəsinə nəfəs qatmaq, dərd-sərimizi unutduran təbiətimizə qovuşmaq, həsrətə birdəfəlik son qoymaqdır. O torpaqlar ki, vaxtilə uzun müddət Laçın rayonunda inzibati orqanlarda çalışmış babası (əmim) Əhməd İsmayılov at belində bu torpaqları qarış-qarış gəzmişdi, torpaq həsrəti ilə dünyasını dəyişdi, əmisi Ərəstun Kərimov bu torpaqların azad olunması yolunda, Azərbaycan xalqının gələcəyi uğrunda şəhidlik zirvəsinə yüksəldi, vətənini sevən hər kəsə örnək oldu. Mən isə bir baharın həsrəti ilə yaşayıram, düşmənlərimizin bizə unutdurmaq iştədiyi bir baharın. İnanıram ki, tezliklə torpaqlarımız azad olunacaq, baharın gözəl çağında “ Xarı bülbül “ festivalı Qarabağ torpağında yenə də keçiriləcək, Əlfəddinin şaqraq səsi sarı bülbüllərin səslərinə rəng qatacaq. Venera Mirzəyeva Laçın rayon 7 №-li tam orta məktəbin riyaziyyat və informatika müəllimi.
Realfakt saytının əməkdaşlarından