Dərmanların qiymətlərini telefon və planşetlərdən izləmək olar

sehiyye
2-12-2015, 11:13 1125
Dərmanların qiymətlərini telefon və planşetlərdən izləmək olar Qiymətləri tənzimlənmiş dərman vasitələrinin siyahısını mobil telefonlara və planşetlərə yükləmək mümkündür.
Lent.az-ın İqtisadiyyat və Sənaye Nazirliyinin saytına istinadən məlumatına görə, bu dərman vasitələrinin siyahısını mobil telefonlara və planşetlərə yükləməklə dərman vasitələrinin qiyməti, tərkibi, istehsalçı ölkəsi və təsdiq olunmuş qiymətlərin tətbiq edildiyi tarix barədə ətraflı məlumat almaq asan olacaq.
Belə ki, qiymətləri tənzimlənmiş dərman vasitələrinin həm tərkib, həm də ticarət adına görə ümumi siyahısı Tarif (qiymət) Şurasının www.tariff.gov.az saytının "Dərman vasitələri" bölməsində "pdf" formatında yerləşdirilib və bu da həmin cədvəllərin mobil telefonlara və planşetlərə yüklənməsinə və cədvəllərdən elektron kitabça kimi istifadə etməyə, ictimai nəzarətin daha bir formasının tətbiqinə imkan yaradır.
Qeyd edək ki, yeni dərman vasitələrinin qiymətləri təsdiqləndikcə bu cədvəllər də yenilənir.