Qanvermənin müdhiş - Faydaları

sehiyye
26-10-2015, 09:54 1118
Qanvermənin müdhiş - Faydaları Aşura günü ölkəmizdə qanvermə aksiyaları keçirildi.
Hər il bu aksiyaların keçirilməsi qanvermənin nə kimi faydalarının olmasını aktuallaşdırıb. Bu mövzuda Saglamolun.az saytı yazıb ki, donorluq insanın sağlamlığına xeyir gətirir.
Belə ki, qanvermə orqanizmə güclü stimullaşdırıcı təsir edir. Qan hüceyrələri sürətlə bərpa olunur, qan yenilənir, orqanizm yenilənir. Bu isə orqanizmə ümumi möhkəmləndirici və cavanlaşdırıcı təsir edir.
2007-ci ildə Danimarka və İsveçrə həkimləri donorlarla bağlı olan ciddi araşdırmalar aparıblar. Nəticədə məlum olub ki, adi insanla müqayisədə müntəzəm qan verən donorlar arasında dəri, qan, oynaqlar və əzələ, böyrək, ağ ciyər, sinir sistemi və s. xəstəlikləri daha az yayılıb.
Donorlar arasında ürək-damar və onkoloji xəstəliklərindən ölüm halları adi insanlarla müqayisədə 25-30 faiz azdır. Sübut olunub ki, daim qan verən insanın müxtəlif travmalar, qəzalar və s. nəticəsində qanaxmadan həlak olmaq riski adi insanla müqayisədə daha azdır.
Qanvermə tromblara meylli olan insanlar üçün xeyirlidir; immun sisteminin, qara ciyərin, dalağın fəaliyyətini yaxşılaşdırır, mübadilə proseslərini sürətləndirir. Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına əsasən, donorlar adi insanlarla müqayisədə orta hesabla 5 il çox yaşayırlar.
- See more at: http://axar.az/news/69454#sthash.PBGZgmVg.dpuf