Pedofillərin axtalanması barədə qanun layihəsi hazırlanır

sehiyye
21-10-2015, 10:01 789
Pedofillərin axtalanması barədə qanun layihəsi hazırlanır Kimyəvi axtalanma orqnizmə hormonal preparatın yeridilməsi yolu ilə ediləcək.
Rusiya Dövlət Dumasına uşaqbazlığa görə kimyəvi axtalanma cəzasının tətbiqini nəzərdə tutan qanun layihəsi təqdim olunub.
Pedofillərin cəzasını sərtləşdirən qanun Rusiya parlamentində hələ 2012-ci ildə qəbul edilmişdi.
Həmin qanunda məhkumun könüllü sürətdə kimyəvi axtalanmaya razılıq verməsi müqabilində onun həbs cəzası müddətinin azaldılması nəzərdə tutulurdu.
Lakin yeni qanun layihəsinin müəllifi, deputat Anton Belyakovun fikrincə, həddi-büluğa çatmayanlara qarşı seksual zəmində cinayətlərin sayı artmaqda davam etdiyindən, bu sahədə qanunvericiliyin sərtləşdirilməsinə ehtiyac var.
Qanun layihəsinə əsasən, həddi-büluğa çatmamış şəxsə qarşı seksual zəmində ağır cinayət törətmiş pedofil məhkəmənin qərarı ilə məcburi qaydada kimyəvi üsulla axtalanacaq, ağır sayılmayan cinayətə görə isə məhkəmə qərarı həkim-psixiatrların rəyi əsasında çıxarılacaq.
Kimyəvi axtalanma (kastrasiya) proseduru seksual meyli heçə endirən hormonal tibbi preparatların orqanizmə yeridilməsi yolu ilə həyata keçirilir.