Ölkədə uşaqların kütləvi ölüm xəbəri yayıldı

sehiyye
15-10-2015, 14:10 1112
Ölkədə uşaqların kütləvi ölüm xəbəri yayıldı Bun gün səhər saatlarından etibarən Azərbaycanda WhatsApp istifadəçilərinə dəhşətli məlumat daxil olmağa başlayıb. İnformasiyada bildirilir ki, 3-12 yaşlar arası 12 nəfər uşaq qəfildən keçinib.
Həmin paylaşımı təqdim edirik:
Uşaqların ölüm səbəbi kimi onlara verilən Amiksloçin, Ubprofen, Alklofenak, İnqalipt, Antisept, İnflyuçid, Uşaq Panadolu, Sanasol dərmanları göstərilib. Xəbər sürətli şəkildə insanlar arasında yayılaraq sosial şəbəkələrdə əsas müzakirə mövzusuna çevrilib. Məlumatda qeyd olunur ki, uşaqlar ya xəstəxanada, ya da ki evlərində keçiniblər. Dərmanların ölkəyə qaçaqmalçılıq yolu ilə gətirildiyi bildirilib.
Hafta.az qeyd olunan məsələ ilə bağlı Səhiyyə Nazirliyi ilə əlaqə saxladı. Nazirlikdən verilən xəbərə görə, bu informasiyaların heç bir əsası yoxdur:
“Səhiyyə Nazirliyi ölkəya daxil olan bütün dərman preparatlarına tam nəzarət edir. Onların tərkibi, istifadə müddəti daima bizim diqqətimizdədir. Siyahıda adı keçən dərmanlar bu gün də apteklərdə satılır və heç kim bununla bağlı bir şikayət bildirməyib. Yayılan məlumatların heç bir əsası yoxdur”.
Bu hadisə ilə bağlı şəhərdəki apteklərdə araşdırma aparır. Nəticəni sizə təqdim edəcəyik.
Avis apteki ilə əlaqə saxlayan əməkdaşımıza bildirildi ki, onlarda qeyd olunan dərmanlardan - uşaq Panadolu, Sanasol, Amokisloçin hazırda satışda var və heç kim bununla bağlı narazılıq bildirməyib.
Planeta aptekinin nümayəndələri yayılan informasiyalardan xəbərdar olduqlarını dedilər və bildirdilər ki, heç bir dərmanla bağlı problem yaranmayıb.
Zəfəran aptekində qeyd olunan dərmanlarda yalnız Sanasol və Uşaq Panadolun olduğu bildirildi. Aptek əməkdaşlarının sözlərinə görə, onlara da dərmanlarla bağlı heç bir şikayət daxil olmayıb.