Mən sənə səs verirəm (Deputatlığa namizədlərə)

yazarlar
15-10-2015, 12:45 988
Mən sənə səs verirəm (Deputatlığa namizədlərə) Mən sənə səs verirəm,
Doğrult ümidlərimi.
O kürsiyyə çıxanda,
Danış dərdi-sərimi.

Mən sənə səs verirəm,
Kişi kimi söz danış.
Vicdanın qoy susmasın,
Dediyini düz danış.

Mən sənə səs verirəm,
Gəl məddahlıq eyləmə.
Nahaqqa imza atma,
Ağa qara söyləmə.

Millətin dərdinə qal,
Gün ağla bu torpağa.
Bir döyüşkən əsgər ol,
Bir boylan Qarabağa.

Qeyrət qılıncın sıyır,
Bir alınmaz qala qur.
Dünya tanısın bizi,
Haqqın keşiyində dur.

Mən sənə səs verirəm,
Düşünmə tək özünü.
Xalqın adından danış,
O kürsüdən sözünü.

Əziz Musa