Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasına yeni direktor təyin olunub

sehiyye
14-10-2015, 10:19 1067
Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasına yeni direktor təyin olunub Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında yeni təyinat olub.
AMEA-nın müxbir üzvü Nuru Bayramov klinikanın direktoru vəzifəsinə təyin edilib .
N.Bayramov həm də klinikanın I cərrahi xəstəliklər kafedrasının müdiridir.
Qeyd edək ki, Nuru Bayramovun rəhbərliyi altında böyük bir heyətlə Azərbaycanda ilk dəfə qaraciyər xəstəsinə "Kök hüceyrə transplantasiyası" əməliyyatı həyata keçirilib.
Xatırladaq ki, klinikanın keçmiş direktoru, Səhiyyə Nazirliyinin baş mütəxəssisi, ölkənin baş cərrahı, əməkdar həkim Hacıqulu Bağırov işlərinin çox olmasını əsas gətirərək vəzifəsindən azad olunmağı barədə ərizə yazmışdı. Keçmiş direktor hazırda ATU-nun Ümumi cərrahiyyə kafedrasının dosenti kimi fəaliyyətini davam etdirir.