Boran Əzizin kitabı İngiltərədə təqdim olundu

yazarlar
14-10-2015, 10:08 1124
Boran Əzizin kitabı İngiltərədə təqdim olundu Bu ilin yayında tanınmış tarixçi-alim Boran Əzizin ermənilər tərəfindən törədilən soyqırımlarının tarixini əks etdirən yeni əsəri Almaniyada yerləşən "Sadig Verlag" nəşriyyatı tərəfindən "Turkish Massacre realized by the Armenians in Azerbaijan in XX Century (1918-1992)" adı altında ingilis dilində nəşr edilmişdi.
Almaniyanın Bochum şəhərində yerləşən "Deutsch-Aserbaidschanische Gesellschaft für Kulturaustausch" adlı Alman-Azərbaycan mədəni əlaqələr cəmiyyətinin sədri, yazıçı Rasim Sadıxovun verdiyi məlumata görə, həmin cəmiyyətin dəstəyi ilə Boran müəllimin kitabının təqdimatı oktyabr ayının 5-də İngiltərənin Yorkşir vilayətinin Leeds şəhərində keçirilib. Əsasən Güney Azərbaycanlı soydaşlarımızdan təşkil olunmuş təqdimat mərasimində Boran Əzizin kitabı böyük ruh yüksəkliyi ilə qarşılanıb. Bu barədə cəmiyyətin rəhbərliyinə kitabın təqdimatını təşkil etmiş həmvətənimiz Əli Türkəmani xəbər verib.