Naxçıvan Diaqnostika-Müalicə Mərkəzində könüllü qanvermə aksiyası

sehiyye
14-08-2015, 13:28 1122
Naxçıvan Diaqnostika-Müalicə Mərkəzində könüllü qanvermə aksiyası Naxçıvan, 14 avqust, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi irsi qan xəstəliklərindən əziyyət çəkən və qan köçürülməsinə ehtiyacı olan digər xəstələrin müalicəsində istifadə olunmaq üçün qanvermə aksiyalarının təşkilini davam etdirir.
Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin şəxsi heyətinin iştirakı ilə Diaqnostika-Müalicə Mərkəzində qanvermə aksiyası həyata keçirilib.
Əvvəlcə donorlardan arterial təzyiq, hepatit, QİÇS və digər yoluxucu xəstəliklərin müəyyən edilməsi üçün qan analizləri götürülərək testdən keçirilib. Bir neçə saat davam edən aksiyada 26 nəfər könüllü olaraq qan verib. Donorlardan götürülən 12 litr qanın qrupları müəyyənləşdirilərək mərkəzin qan bankına təhvil verilib.
Hazırda qan bankında xəstələrə köçürülmək üçün kifayət qədər ehtiyat yaradılıb. Tələbatdan artıq donor qanından plazma hazırlanaraq qan bankında saxlanılacaqdır.