LƏYAQƏT

yazarlar
7-10-2015, 10:42 1126
LƏYAQƏT Nə qədər ağırdı səndən ayrılıb
Başqa bir iqlimə səfər eləmək.
Sonra da hardasa könlümü alıb
Bir qəlb ağrısıyla "darıxma" demək.
***
Ayrılıq qəm verir,görüş səadət,
Qəmi də sən verdin səadət kimi.
Yaraşır insana məncə,ey afət,
Qəm də 1 mənəvi ləyaqət kimi.
***
Üşüdür ruhunu nəfəsi qışın,
Bəzən bir paxılın buz baxışı da.
Bəzən bir həyasız geriqalmışın
Təkidlə özünə çağırışı da.
***
Sirli,maraqlıdır bu dünya,gülüm,
Mənim ömrümdə də qışım-yazım var.
Bəzən bu dünyaya min təşəkkürüm
Bəzən bu dünyaya etirazım var.
***
O sənin hüsnünə yaraşıq verir,-
Mənim ürəyimə od salmaq üçün.
Gülü də tikanla qarışıq verir,-
Hüsnə,xasiyyətə mat qalmaq üçün.
***
Susuram yanında gör nə zamandı,
Ayrılıq dəmində şikayətə bax.
yanında qalmağım guya asandı
Sən mənə səbr ver, ey ana torpaq!