“Vaxtında o 12 nəfəri aradan götürsəydik…”

musahibe
2-10-2015, 12:22 1137
“Vaxtında o 12 nəfəri aradan götürsəydik…” Onda həyata nifrət etdim ki, 33 ilimin hədər getdiyini və həyatımın puç olduğunu anladım. Bu sözləri 1999-cu ildə Mir Şahinin “Təmiz söhbət” verlişində Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasının mərhum rəisi general-leytenant Ziya Yusifzadə söyləyib. Müsahibə zamanı Azərbaycanın məşhur generalı KQB-dəki fəaliyyəti dövründə o dönəmki vəziyyətlə bağlı çox önəmli fikirlərini bölüşüb. General bildirib ki, siyasətdən kənar qalmasının əsas səbəbi SSRİ-nin süqutunun ona çox böyük təsir bağışlaması olub. Azərbaycanda uzun müddət Dövlət Təhlükəsizlik Komitəsinin sədri kimi fəaliyyət göstərən mərhum general faktlarla Qarabağa dair bir çox önəmli məqamların üstünü açıb. Qarabağın taleyi həll olunduğu dönəmdə çox böyük risklər altına girərək Milli Təhlükəsizlik nazirinə dəfələrlə müraciət edən general Azərbaycana ikili münasibət bəsləyən bəzi şəxslərin komitədən uzaqlaşdırılması istiqamətində tələblər irəli sürsə də, bu səylərinin nəticəsiz qalmasından, hətta həmin ərəfədə Qorbaçovun Qarabağı çoxdan ermənilərə verməsindən söz açıb.