DÜNYA

yazarlar
29-09-2015, 15:23 1104
DÜNYA İleri gel xeber alım,
Süleyman'dan qalan dünya.
Çoxları aldatdın getdin,
Axırında yalan dünya.

Cəl görəm kim qalıbsan,
Dərsini kimdən alıbsan,
Səksənində boşalıbsan,
Doxsanında dolan dünya.

Yücə yücə dağlar gördüm,
Yeni yetən bağlar gördüm,
Hər gələni ağlar gördüm,
Hanı səndə gülən dünya.

Ələsgər göçək çar naçar,
Hər adam əkdiyin biçər,
Gələn qonar, qonan köçər,l
Hanı səndə gülən dünya.