Barak Obama ​14 günə 6 kitab oxumaq niyyətindədir

dunya
14-08-2015, 09:48 935
Barak Obama ​14 günə 6 kitab oxumaq niyyətindədir ABŞ prezidenti Barak Obama iki həftə ərzində 6 kitab oxumaq niyyətindədir.
"Report" xəbər verir ki, bu haqda "Politico" qəzeti məlumat yayıb.
O, 14 gündə Ceyms Solter, Etntoni Dorra, Elizabet Kolbert, Cump Lahiri, Ta-Nehsi Koutsa və Rona Çernou kimi müəlliflərin əsərlərini oxumaqda iddialıdır.
Məlumatda bildirilib ki, B.Obama hazırda ailəsi ilə birlikdə məzuniyyətdədir. 16 günlük istirahət dövründə hər kitabın oxunması üçün onun 2 gün yarım vaxt sərf edəcəyi ehtimal olunur.