“O, mənim üçün ən yaxşı qadındır...”

musahibe
13-08-2015, 15:33 1044
“O, mənim üçün ən yaxşı qadındır...” Gürcüstanda 68 illik evli olan Tom və Arnisteen Clark xəstəxanada bir-birindən ayrı qala bilmədikləri üçün həkimlərə müraciət ediblər.
Xarici KİV-ə istinadən xəbər verir ki, əvvəlcə cütlüyün birlikdə qalması üçün əlverişli şərait olmadığını deyən həkimlər son anda onların xahişini yerə sala bilməyib. Qocanın istəyini qəbul edən həkimlər cütlüyün hər gün bir neçə saat birlikdə olmasına icazə verib. 96 yaşlı Tom Clark həyat yoldaşından ayrı qala bilmədiyini deyib: “Koreya müharibəsindən bəri yoldaşından ayrı qalmamışam. O, mənim üçün dünyadakı ən yaxşı qadındır”.