Rusiya və Səudiyyə Ərəbistanı Suriya məsələsində kartları açmadı

dunya
13-08-2015, 13:13 884
Rusiya və Səudiyyə Ərəbistanı Suriya məsələsində kartları açmadı Rusiya ilə Səudiyyə Ərəbistanı Suriya prezidenti Bəşər Əsəd məsələsində razılığa gələ biməyiblər.
Səudiyyə Ərəbistanı Xarici İşlər naziri Adel əl Cubeir Moskva səfərində rusiyalı həmkarı Sergey Lavrovla mətbuat konfransı keçirib. Cubeir Bəşər Əsədin ölkənin gələcəyində rolu olmadığını iddia edib. Onun yaradacağı koalisiyanın real olmadığını bildirib.
Lavrov isə Əsədin gələcəyi məsələsində iki ölkə arasındakı fikir ayrılığının davam etdiyini deyib.