ƏBÜLFƏT MƏDƏTOĞLU -65

edebiyyat
7-12-2024, 22:21 377
ƏBÜLFƏT MƏDƏTOĞLU -657 dekabr, 2024-cü il. Bu gün Əli Kərim adına Sumqayıt şəhər Poeziya evində xüsusi canlanma vardı.
“Əməkdar Jurnalist” Əbülfət Mədətoğlunu imzasını geniş oxucu kütləsi yaxşı tanıyır. Onun şeirləri dünyanın bir neçə ölkəsində çap olunub, geniş oxucu auditoriyası tərəfindən qəbul olunub.






Əbülfət Mədətoğlu “Ədalət” qəzetinin baş redaktorunun birinci müavinidir. Eyni zamanda "Qızıl qələm", "Şahmar Əkbərzadə", "Məmməd Araz", Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin "Qızıl Kəlmə" və "Media Açarı" və digər mükafatlara layiq görülmüşdür.
Ruh aşiqi olmaq, şair-yazıçı kimi püxtələşmək ilahi bir nemətdir. Elə bir nemət ki, kainat qədər yüksəkdə duran elə cazibəli qüvvədir ki, onsuz insana bircə kəlmə ilham gələ bilməz. Tale yüklü məsələlər, istəklərin-ümidlərin yerinə yetməsi isə, isə insanın insana sevgisindədir. Etiraf edək ki, bu, özü həm özəllikdir, həm də bir gözəllikdir.

İnsanların qəlbi poezia ilə işığı ilə nurlananda, insan ruhu ədəbi gözəlliyə tapınanda bu ruh daha da gözəlləşir. Bədii yaradıcılığa orta məktəb illərindən başlamışdır. İlk mətbu "Kəndim" və "Şorbulaq" şeirləri "Araz" Füzuli rayon qəzetində çap olunmuşdur. Bundan sonra "Azərbaycan", "Ulduz", "Təşviqatçı" jurnallarında, "Azərbaycan gəncləri", "Bakı", "Sovet kəndi", "Azərbaycan pioneri" qəzetlərində vaxtaşırı çıxış etmişdir. "Səməni nəğməsi", "Nilufər çiçəyi", "Dərdini danışan adam", "Nişanə", "Ehtiyacın elçi daşı", "Döymək istədiyim qapılar", "Allah, məni unutma", "Ürəyimdəki sənsən"(Bakı,Tehran),"Yüreyimdeki sensin" (Ankara),"Ağacların şarkısını yapraklar okuyor" (İstanbul), "Hər görüş bir ümiddir", "Sevgi pıçıltıları", "Yanan məktublar", "Mənim kimi sevə bilsən", "Gözləyənim var", "Ürəyim sənlə danışır", "Cəzayam sevdiyim qıza", "Bir qadına" şeir kitabları və "Qəhrəman İbad", "Zəhmli polkovnik", "Üfüqdə görünən adam", "Sözə ünvanlanmış 15 məktub", "İç dünyamın adamları", "Mərhəmət və xeyirxahlığa QABİL insan", "Qovuşan ulduzların nağılı", "Bir ömürdən səhifələr" sənədli povestləri işıq üzü görüb.
Əbülfət müəllim ədəbiyyata yeni gələn simalara, azca istedad işartısı olan qələm adamlarının yazı səhvlərini başa salıb, həmişə dəstək olub desəm, yanılmaram. Mən Əbülfət müəllimə əsil tənqidçi kimi baxıram. Çoxları elə bilir ki, tənqidçinin peşəsi qələm adamını iyirmi nəfərin arasında hikkə ilə tənqid eləməkdi. Ədəbi tənqidin vәzifәsi müasir әdәbi prosesi, yeni yaradılan әsәrlәri, habelә keçmiş irsi müasir ictimai vә әdәbi-estetik tәlәblәr baxımından dәyәrlәndirmәkdir, qələm adamının səhvlərini özünə aramla izah etməkdir, başa salmaqdı, tədricən, el dili iə desəm, əlindən tutub, ilk addımlarını yerə möhkəm dirəməkdi. Əbülfət müəllim dəfələrlə mənim də şeirlərimi, yazılarımı oxuyub, çalışdığı “Ədalət” qəzetində çapa hazırlayıb. Onun bu təmənnasız müəllim qayğısını, ziyalı dəstəyini heç vaxt unutmaram.
ƏBÜLFƏT MƏDƏTOĞLU -65
Görüşdə ədəbiyyat adamları, incəsənət adamları, oxucular çıxış edirdilər. Çıxış edənlər Əbülfət Mədətoğlunun yaradıcılığında yurd-torpaq sevgisini xüsusi qeyd etdilər. Onun mədəniyyətin təbliğinə geniş yer verdiyini vurğuladılar. Şairin şeirləri səsləndirildi, şeirlərinə bəstələnən mahnılar dinlənildi. Sonda xatirə şəkiləri çəkildi. Əbülfət müəllim tədbir iştirakçlarına imzalı kitablarını bağışladı.
Yolunuz yaşıl işıqlı olsun, hər zaman uğurla qarşılaşasınız. Arzularınız çin olsun. Həmişə yazıb-yaradasınız.











ƏBÜLFƏT MƏDƏTOĞLU -65ƏBÜLFƏT MƏDƏTOĞLU -65

Mayisə ƏSƏDULLAQIZI