Ölkəmizdə bu qurum ləğv edildi

gundem
22-11-2024, 22:05 31
Ölkəmizdə bu qurum ləğv edildi"Bakı Sığorta" ASC ləğv olunduğunu elan edib.

Axar.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin "Vergilər" qəzeti məlumat yayıb.
Məlumata görə, kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 120 ünvanına bildirə bilərlər.
Qeyd edək ki, “Bakı Sığorta” 1994-cü ildə "Tural Sığorta" adı ilə yaradılıb, 2007-ci ildə rebrendinq edib. Onun nizamnamə kapitalı 8,925 milyon manatdır.

Şirkətin səhmdarları "Bank Respublika" ASC (93,32%) və “Ekolizinq” MMC-dir (6,68%).
Bu il noyabrın 15-də “Bank Respublika”nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçirilməli və "Bakı Sığorta"nın gələcək fəaliyyəti ilə bağlı qərar verilməli idi.

"Bakı Sığorta"nın bağlanması ilə Azərbaycanda sığorta şirkətlərinin sayı 16-ya düşəcək.