PAYIZ ETÜDLƏRİ
yazarlar
22-11-2024, 02:37
467
Bu payız gecikdi
Vüsalımız kimi...
Bəzən hiss edirəm,
Yarı yoldadı,
Bizi həftələr, aylar aldadır...
Danışdıq, səsini eşitdim,
Üzünü gördüm...
Ümid verdik bu ilə,
Bundan gözəl
İllərimiz var hələ.
Sağ olmasın
Bu həsrəti qıyan da,
Allah bilsin
O imzanı qoyan da...
Adamların təbəqəyə
Bölündüyü dünyada
Haqsızlığa göz yaşları gilə-gilə,
Bəlkə hələ
Gümanımız var deyə.
Lövbər salıb
Fırtınalar sahilə,
Qarşıdadı günəşli
Günlər hələ...
Mayisə ƏSƏDULLAQIZI
Vüsalımız kimi...
Bəzən hiss edirəm,
Yarı yoldadı,
Bizi həftələr, aylar aldadır...
Danışdıq, səsini eşitdim,
Üzünü gördüm...
Ümid verdik bu ilə,
Bundan gözəl
İllərimiz var hələ.
Sağ olmasın
Bu həsrəti qıyan da,
Allah bilsin
O imzanı qoyan da...
Adamların təbəqəyə
Bölündüyü dünyada
Haqsızlığa göz yaşları gilə-gilə,
Bəlkə hələ
Gümanımız var deyə.
Lövbər salıb
Fırtınalar sahilə,
Qarşıdadı günəşli
Günlər hələ...
Mayisə ƏSƏDULLAQIZI