Tramp Rusiyaya səfər edəcək – Özər

dunya
14-11-2024, 10:41 45
Tramp Rusiyaya səfər edəcək – ÖzərABŞ-da prezident seçkilərində qalib gələn Donald Tramp yaxın gələcəkdə tərəfləri atəşkəsə inandırmaq məqsədilə Rusiya və Ukraynaya səfər edə bilər. Onun planı sülh sazişini nəzərdə tutmur.

Axar.az xəbər verir ki, bunu “RİA Novosti”yə türkiyəli analitik Engin Özər deyib.
“Trampın planının gerçəkləşməsi üçün onun vəzifəyə başlaması lazım deyil, sadəcə tərəfləri razı salması lazımdır. Tramp atəşkəsin texniki detallarını müzakirə etmək üçün yaxın vaxtlarda Kiyev və Moskvaya səfər edə bilər. Onsuz da sülh müqaviləsi imzalanmayacağına görə hər hansı mərasimlə atəşkəs imzalamağa ehtiyac qalmaya bilər”, - o bildirib.