Bu ərazilərə yağış yağdı

gundem
14-11-2024, 10:34 41
Bu ərazilərə yağış yağdı Bakıda və Abşeron yarımadasında noyabrın 14-ü saat 09:00-a olan məlumata əsasən, yağıntılı hava şəraiti müşahidə olunur.



Milli Hidrometrologiya Xidmətindən Axar.az-a bildirilib ki, düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 2 mm, Astarada 28 mm, Lənkəranda 10 mm, Lerikdə 7 mm, Qəbələdə 6 mm, Şamaxıda 5 mm, Şəki, Oğuz, Quba, Neftçala, Göygöl, Daşkəsən, Şərur, Ağsu, İsmayıllı, Şabran, Zaqatala, Balakən, Qobustan, Tərtər, Mingəçevir, Yevlax, Göyçay, Yardımlı, Biləsuvarda 2 mm olub.
Daşkəsən, Gədəbəy, Göygöl, Naftalan, Şəmkir, Balakən, Qax, Şəki, Şamaxı, Qobustan, Xaltan, Şərur, Göyçay, Naxçıvan, Gəncə, Biləsuvar, Lerikdə duman müşahidə olunub.
Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 8 , Naxçıvan MR-da 4 , Aran rayonlarında 8 dərəcəyədək isti, dağlıq rayonlarda 3 , yüksək dağlıq ərazilərdə 6 dərəcəyədək şaxta qeydə alınıb.