Politoloq: "Məkkədə baş verənləri terror kimi qələmə vermək olar” AÇIQLAMA

musahibe
14-09-2015, 15:25 1013
Politoloq: "Məkkədə baş verənləri terror kimi qələmə vermək olar” AÇIQLAMA “Səudiyyə Ərəbistanda insan itkisi ilə baş verən hadisələri terror hadisəsi kimi də qələmə vermək olar”. Bunu Qarabağ Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elçin Əhmədov deyib.
Politoloqun sözlərinə görə, bu gün Qərbdə islamafobiya tüğyan edir: “Hesab edirəm ki, İslam ölkələrində bu cür halların baş verməsi mümkündür. Ümumiyyətlə bu cür hadisələrdən heç kim sığortalanmayıb. Orada ziyarət zamanı həmişə bu cür hallar olur. Hətta bu hadisələr adi bir hal kimi qəbul olunur. Bu gün Ərəb ölkələrində, Yaxın Şərqdə vəziyyət o qədər gərgindir ki, bu hadisələri hər cür yozmaq olar. Heç şübhəsiz ki, bu partlayışı da terror hadisəsi kimi iddia etmək olar”.