Milli Mətbuat və Jurnalistika Günü
gundem
22-07-2024, 21:53
648
Təməli 22 iyul 1875 - çi il ildə Həsən bəy Zərdabi tərəfindən qoyulan, xalqın milli şüurunun oyanmasında, əhalinin maariflənməsində əvəzsiz rolu olan Azərbaycan mətbuatının “Əkinçi” adlı qəzetlə fəaliyyətə başlamasından 149 il ötür.
1875-ci il 22 iyul tarixində Qafqazda hamının marağına səbəb olan “Əkinçi” qəzetini araya-ərsəyə gətirən Azərbaycan maarifçilik hərəkatının banilərindən biri təbiətşünas-alim Həsən bəy Zərdabi idi.
Zərdabinin qələm yoldaşları olan Mirzə Fətəli Axundzadə, Seyid Əzim Şirvani, Nəcəf bəy Vəzirov, Əsgər ağa Gorani və başqa ziyalıların da qəzetin araya-ərsəyə gəlməsində böyük əməyi olmuşdu. Bakıda Azərbaycan dilində “Əkinçi” qəzetinin çap olunmasına nail olmaq və qəzetdə mütərəqqi ideyaların çapına yer verilməsi o dövr üçün çox böyük inqilab idi.
Azərbaycanda ilk mətbu orqanın - “Əkinçi” qəzetinin nəşrə başladığı 22 iyul tarixi 1991-ci ildən Milli Mətbuat və Jurnalistika Günü kimi qeyd olunur.
Realfakt.az saytı olaraq, Milli Mətbuat və Jurnalistika Günü münasibəti ilə ölkəmizin jurnalist ictimaiyyətinə, media sahəsində çalışan hər kəsə məsuliyyətli və şərəfli işlərində yeni-yeni uğurlar arzulayır, böyük fədakarlıq tələb edən fəaliyyətinizdə tükənməz enerji və müvəffəqiyyətlər diləyirik.
Mayisə ƏSƏDULLAQIZI
realfakt.az