QURBAN MƏHƏRRƏMOĞLU YARADICILIĞI
edebiyyat
9-07-2024, 21:58
1376
Şair-nasir Qurban Məhərrəmoğlunun “Gənclik” nəşriyyatında yenicə çapdan çıxan 240 səhifəlik ”Qafqaza uzanan əllər” kitabında müəllifin müxtəlif mövzularda yazılmış əsərləri cəmlənmişdir. Qurban Məhərrəmoğlu gənclik çağlarından ədəbiyyat həvəskarı, poeziya vurğunu olub. Onun şeirləri bir neçə dövri mətbuatda və almanaxlarda çap olunmuşdur. Qurban müəllim 2005-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür, on kitab müəllifidir.
Respublikanın Əməkdar Mədəniyyət işçisi, AYB və AJB-ninü üzvü, Prezident mükafatçısı Adil Abdulla kitaba ön söz yazıb:
“Qurban Məhərrəmoğlunun imzası respublikamızın oxucularına yaxşı məlumdur. Onun qələmə aldığı satirik şeirlər (xüsusən də İran mollalarının tənqidi) dövrün eybəcərliklərini qamçılayır və onların tərbiyələndirilməsinə xidmət edir. Alimlərimiz, tənqidçilərimiz Qurban Məhərrəmoğlunun yaradıcılığı barədə gözəl tənqidi fikirlər söyləmişlər. O cümlədən mərhum filologiya elmləri doktoru, professor Kamran Əliyevin şair haqqında xoş təəssüratları çox ürəkaçandır. Qurban Məhərrəmoğlu hər zaman qəlbinin səsinə qulaq asmağı bacarır və onu düşündürən qlobal problemlərdən söz açır.
O bir poeziya vurğunu kimi öz lirik duyğularını bölüşdürməyi bacarır.
Şairin “Sənli günlər” şeiri digər lirik şeirlər kimi oxucusunu düşündürür. Müəllif deyir:
Sən məni edibsən illər xəstəsi,
Unuda bilmirəm sənli günləri.
Amandı qəlbində qırma həvəsi,
Xatirə duyuram sənli günləri
Qurban Məhərrəmoğlu şeirlərində lirik qəhrəmanına üz tutaraq deyir ki, sənsiz heç ürəyim də döyünməzdir. Qələm dostumuza yaradıcılıq yolunda uğurlar diləyirik.”
AZƏRBAYCANIM
Dünyaya bəllidir gücün, qüdrətin,
Dillərdə dastansan Azərbaycanım.
Artır günü-gündən varın, sərvətin,
Dillərdə dastansan, Azərbaycanım.
Dövlətlər içində hər dost ölkələr,
Sənin hörmətinə qonaq gəlirlər.
Tarixə yazılır bütün görüşlər,
Dillərdə dastansan, Azərbaycanım.
Paxıl düşmənlərə oldun göz dağı,
İbrət dərsi aldı hər iki yağı.
Sarsıtdı onları Vətən bayrağı,
Dillərdə dastansan Azərbaycanım.
Belə şənlik yoxdu özgə məkanda,
Qövr edir məhəbbət, eşqi canında.
Sakitlik hökm edir hər sınağında,
Dillərdə dastansan Azərbaycanım.
Zəhmətə qatlaşır zəhmətkeşlərin,
Böhransız bar verir bütün işlərin.
Haqqı sevər olub o keçmişlərin,
Dillərdə dastansan Azərbaycanım.
Əzəldən qurulub təməlin haqdan,
Gələcək nəsillər dərs alır ondan.
Səndən ilhamlanır yazıb-yaradan,
Dillərdə dastansan Azərbaycanım.
Zaman öz hökmünü verəndə qərar,
Düşməni məhv edən zərbələrin var.
Xalqın da səninlə edər iftixar,
Dillərdə dastansan Azərbaycanım.
ŞƏHİDLƏRİM
Hər biriniz bir zirvəsiz,
Mənim ölməz şəhidlərim.
Əbədisiz, müqəddəssiz,
Mənim ölməz şəhidlərim.
Bayrağısız azadlığın,
Zirvəsisiz insanlığın.
İşığısız qaranlığın,
Mənim ölməz şəhidlərim.
Girdiniz düşmən qəsdinə,
Dağ çəkdiniz dağ üstünə.
Qan tökdünüz yer üstünə,
Mənim ölməz şəhidlərim.
Vətən deyib, siz getdiniz,
Düşmənləri məhv etdiniz.
Zəfər çaldız hər biriniz,
Mənim ölməz şəhidlərim.
Qorxmadınız qan-qadadan,
Keçdiniz oddan-alovdan.
Doğuldunuz mərd anadan,
Mənim ölməz şəhidlərim.
İbrət dərsi aldı sizdən,
Quduzlaşmız azğın düşmən.
Fəxr eləyir sizlə vətən,
Mənim ölməz şəhidlərim.
Məhv etdiniz təhlükəni,
Separatçı düşərgəni,
Dərsin aldı hər erməni,
Mənim ölməz şəhidlərim.
Vətən üçün günəşsiniz,
Sarsılmayan qeyrətsiniz.
Siz qəhrəman əsgərsiniz,
Mənim ölməz şəhidlərim.
Qurban Məhərrəmoğlunun “Qafqaza uzanan əllər “ kitabında “İntihar” adlı yeddi pərdəli, beş şəkilli pyesi də yer alıb. Pyesdə sovet vaxtı kolxoz həyatından, zəhmətkeş kolxozçulardan, zamanında cəmiyyəti düşündürən bəzi məqamlardan maraqlı söhbətlər qələmə alınıb.
Redaksiya heyətimiz uzun illərin qələm dostu Qurban Məhərrəmoğluna yeni kitabının nəşri münasibətilə uğurlar arzu edirlər.
Qələmin iti olsun Qurban əmi, yeni-yeni yaradıcılıq uğurları arzu edirik!
Mayisə ƏSƏDULLAQIZI
Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü