Gündəlik neft hasilatı 76 min tonu keçdi

iqtisadiyyat
15-06-2024, 00:51 619
Gündəlik neft hasilatı 76 min tonu keçdi 2024-cü ilin may ayında respublikada gündəlik neft (kondensatla birlikdə) hasilatı 76 775 ton olub.

Axar.az xəbər verir ki, bu barədə Energetika Nazirliyi məlumat yayıb.
Nazirliyin məlumatına əsasən, bunun 62 118 tonunu xam neft, 14 657 tonunu kondensat təşkil edib.
Bildirək ki, “OPEC plus” ölkələri nazirlərinin 36-cı iclasında əldə edilmiş razılaşmaya görə, 2024-cü il üçün Azərbaycanın hasilat kvotası gündəlik 551 min barrel (74 259 ton) təşkil edir.