Zakir Həsənov Çin ordusunun generalı ilə görüşdü - Video
gundem
15-06-2024, 00:47
406
İyunun 14-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan Çin Xalq Azadlıq Ordusunun Beynəlxalq Hərbi Əməkdaşlıq Baş İdarəsinin rəis müavini general-mayor Yao Qinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Axar.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Əvvəlcə Şəhidlər xiyabanında ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olmuş vətəndaşlarımızın məzarları ziyarət edilib, üzərlərinə gül dəstələri düzülərək xatirələrinə ehtiram nümayiş etdirilib.
Nümayəndə heyətini salamlayan general-polkovnik Z.Həsənov onları ölkəmizdə görməkdən məmnun olduğunu bildirib və bu səfərin hərbi əməkdaşlığımıza öz töhfəsini verəcəyini əminliklə ifadə edib.
Azərbaycan ilə Çin arasında münasibətlərin müsbət istiqamətdə inkişafında dövlət başçılarının xüsusi rolunun olduğu diqqətə çatdırılıb.
General-polkovnik Z.Həsənov uzun illər işğal altında olan torpaqlarımızın Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan Ordusunun Qələbəsi ilə nəticələnən Vətən müharibəsindən sonra azad edilməsinin xalqımız üçün tarixi əhəmiyyətindən danışıb. Qarabağ iqtisadi rayonunda heç bir mülki əhaliyə və infrastruktura zərər vermədən keçirilən antiterror əməliyyatından sonra Azərbaycanın ərazi bütövlüyünün tam təmin edildiyini qeyd edib.
Müdafiə naziri çinli qonağı Azərbaycan-Ermənistan şərti sərhədində mövcud əməliyyat şəraiti barədə məlumatlandırıb.
Səmimi qəbula görə minnətdarlığını bildirən general-mayor Y.Qin hər iki ölkənin orduları arasında qarşılıqlı təcrübə mübadiləsi, eləcə də münasibətlərin daha da inkişaf etdirilməsi məqsədi ilə mütəmadi olaraq bu cür görüşlərin keçirilməsinin vacibliyini diqqətə çatdırıb. Çinli qonaq Azərbaycan Respublikasının müdafiə nazirini cari ilin sentyabr ayında Pekində keçiriləcək 11-ci Pekin Syanşan Forumuna dəvət edib.
Çinin Azərbaycanla birlikdə regionda sülhün və sabitliyin təmin olunması üçün dəstək verməyə hər zaman hazır olduğu qeyd edilib.
Görüşdə, həmçinin Azərbaycan və Çin arasında hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində qarşılıqlı maraq doğuran məsələlər barədə geniş müzakirələr aparılıb.